AMEA-nın yeni birinci vitse-prezidentlərindən İsa Həbibbəyli kimdir? DOSYE

Elm və texnologiya 14:33 28.12.2019

Xəbər verdiyimiz kimi, bu gün akademik İsa Həbibbəyli səsvermə nəticəsində  AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti seçilib.

Eurasia Diary xəbər verir ki, İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur (2005-2010). Hal-hazırda IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

28 dekabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Çalışdığı vəzifələr

Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru (1991-1996);

Naxçıvan Dövlət Universitetinin rektoru (1996-2013);

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2013-cü ildən);

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru (2013-cü ildən);

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavini (2018-ci ildən).

 

İctimai-siyasi fəaliyyəti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (1998-2005)

Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-ci ildən).

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri (2015-ci ildən).

Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının sədri (2015-ci ildən).

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının sədri (2013-cü ildən).

AMEA “Xəbərlər” jurnalının Baş redaktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat məcmuəsi”, “Poetika.izm”, “Ədəbi əlaqələr” jurnallarının Baş redaktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Dissertasiya Şurasının sədri

Ailəlidir, 3 övladı var.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı