Samsung-un yeni Galaxy A seriyası

Elm və texnologiya 21:15 25.01.2020

2019-cu ilin dekabr ayında Samsung hər kəsə Yeni il qabağı qeyri-adi sürpriz etmək qərarına gələrək, tamamilə yeni Galaxy A məhsul xəttini təqdim etdi.

Eurasia Diary xəbər verir ki, model sırası 3 cihaz ilə təmsil edilərək, Galaxy A01, Galaxy A51, Galaxy A71 smartfonlarından ibarətdir. Təəccüblü deyil ki, məhsul xəttinin adında model sırasına xas olmayan "bir" rəqəmindən istifadə olunmuşdur, belə ki, yeni Galaxy A seriyası tam fərqli və müstəqil süjetə sahibdir. İlk növbədə smartfolar korpuslarının "dördbucaq" forması ilə gözə çarparaq, öncəki modellərin  yuvarlaq formalarından fərqlənir. Həmçinin, qeyd edilən məhsul xəttində istehsalçı Infinity "U" displeyindən imtina edərək, buna misal olaraq  Galaxy A51 və Galaxy A71 modellərində "sərhədsiz" Infinity "O", Galaxy A01-də isə  Infinity "V" ekranından istifadə etmişdir. Hər üç smartfon parlaq və rəngarəng, həmçinin olduqca yüngül plastik korpusla təchiz olunmuşdur. Əgər burada Galaxy A51 və Galaxy A71 səthi işıq şüaları altında əlvan rənglər ilə bərq vuran əyləncəli həndəsi naxışlarla fərqlənirsə, öz növbəsində Galaxy A01-nin korpusunun arxa hissəsi ultramodern mat və hamar monoliti ifadə edir.

Qeyd edər ki, məhsul xətti çərçivəsində istehsalçı tərəfindən edilmiş cihaz bölgüsü də olduqca maraqlıdır. Belə ki,  burada Galaxy A51 və Galaxy A71 modelləri demək olar ki, eyni dizayn və funksiyalara malik olub, bir növ "böyük" və "kiçik" qardaşları xatırladırsa,  öz növbəsində Galaxy A01-i bu seriyaya aid etmək bir o qədər çətindir. Şirkət üçün olduqca xarakterik olmayan bu seçim sayəsində Samsung həm müasir texnologiyaları qiymətləndirən, həm də adi və sadə içliyə sahib olan mobil cihazları istifadə etməyə üstünlük verən alıcılarını sevindirə bildi.

Yuxarıda qeyd edildiyi kimi, Galaxy A51 və Galaxy A71, müvafiq olaraq 6.5" və 6.7" ölçülü Full HD + "sərhədsiz" Infinity "O" ekranı ilə təchiz edilmişdir. Hər iki displeydə Super AMOLED texnologiyası təmsil olunmuşdur, lakin Galaxy A71 smartfonunda "Plus" əlavəsi ilə fərqləndirilən bir qədər təkmilləşdirilmiş matrisa istifadə edilmişdir. İncə çərçivələr ilə haşiyəyə alınan və 2340 x 1080 piksel ölçüyə malik olan ekran üzərində, 32 MP kamera üçün nəzərdə tutulmuş yeganə "dairə" şəkilli oyuq mövcuddur ki, displeyin adı da bununla əlaqələndirilir.  Həmçinin, optik daktiloskopik skanerdə burada, birbaşa ekranın altında yerləşdirilmişdir ki, yeni skanerin yeri bir qədər displeyin orta hissəsinə keçirilərək daha rahat istifadəsi təmin edilmişdir.

Yeni smartfon xəttinin kameraları cihazların ən maraqlı hissələrindən biridir. Belə ki, korpusun arxa hissəsində düzbucaq formalı səliqəli modulun üzərində dörd obyektivli kamera yerləşdirilimişdir.  Həmçinin, burada kameraların "L" şəkilli düzülüşü flaş ilə tamamlanmışdır.  Galaxy A51 və Galaxy A71 modellərində istifadə olunan kamera dəsti demək olar ki eyni olub,  yalnız əsas modulun göstəricisi ilə fərqlənir, belə ki, Galaxy A51 modelində bu 48 MP, Galaxy A71-də isə  64 MP icazəyə malik obyektivdir. İkinci kamera isə geniş formatlı fotoşəkillər yaratmaq üçün nəzərdə tutulmuş, 123 ° bucaqlı ultra geniş matrisa ilə təmsil olunmuşdur. Kameranın intellektual bacarıqları sayəsində, o kadrda qeyd edilən səhnəyə uyğun olan ən optimal rejimi seçməyə kömək edə və ya sözü  gedən rejimi avtomatik aktivləşdirə bilər.  Əlavə iki 5 MP obyektiv isə dərinlik sensoru və makro kamera ilə təmsil edilmişdir.  Burada birinci kamera arxa fonun yayılmasını tənzimləyə kömək edərək peşəkar portretlərin yaradılmasına, ikincisi isə təsvirdə ən xırda detalların belə nəzərə alınmasını təmin etməyə kömək edir.

Həmçinin smartfonlar hərəkət zamanı daha aydın videoların əldə edilməsi üçün Super Steady Video funksiyası ilə təchiz olunmuşdurlar.  Qeyd edilən funksiya super sabitləşdirməni təmin edərək, buna misal olaraq  qaçış, gəzinti, velosiped və ya skeytbord sürərkən  kamera titrəyişlərini aradan qaldıraraq istənilən anı ideal olaraq qeydə almağa kömək edir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Galaxy A51 iki versiyada: 4/64 və ya 6/128 QB, Galaxy A71 bir versiyada: 6/128 QB yaddaş göstəriciləri ilə mövcuddur, həmçinin burada microSD vasitəsi ilə də saxlama sahəsinin 512 QB-da qədər artırılması dəstəklənir.

Galaxy A71 və Galaxy A51 smartfonları müvafiq olaraq 4500 mAh və 4000 mAh tutumlu batareyaya sahib olub, gün ərzində cihazdan aktiv istifadəni təmin etməyə qadirdilər. Ayrıca smartfonlar 25 və 15 Vatt güclü sürətli yükləmə cihazı ilə də təchiz olunublar.

 

Yuxarıda qeyd edildiyi kimi, Galaxy A01, Galaxy A məhsul xəttinin digər iki smartfonundan tamamilə fərqlidir. O, 5 MP-lik selfie kamerası üçün nəzərdə tutulmuş V-şəkilli oyuğu olan, parlaq 5.7" HD + TFT ekran ilə təchiz olunmuşdur. Cəmi 8.3 mm eni olan smartfon inanılmaz dərəcədə yüngül və nazikdir. Ayrıca smartfon güclü 8 nüvəli prosessor, 2 QB operativ və 16 QB daxili yaddaş ilə təchiz edilmişdir. Həmçinin, buraya 3000 mAh tutumlu batareyanı da əlavə etsək, istifadə asanlığını və funksionallığı qiymətləndirənlər üçün mükəmməl telefon əldə etmiş oluruq.

Bundan əlavə, smartfon LED flash və ikili modullu kamera ilə təchiz edilmişdir. 13 MP işıq güclü kamera həm parlaq, həm də zəif işıq şəraitində  rəngarəng və aydın fotoşəkillər əldə etməyə imkan yaradır. 2 MP-lik dərinlik kamerası isə ətraf fonu yumşaldaraq, əsas fonu ön plana çəkməyə kömək edir.

Qeyd etmək lazımdır ki, Galaxy A01 modelində həm də One UI interfeysi dəstəklənir. Bu interfeys sayəsində, aparat və proqram təminatı bir-biri ilə tam uyğun şəkildə işləyir ki, istifadəçi telefonun məzmunundan və funksiyalarından tez və asanlıqla istifadə edə bilir.

Sözü gedən bu model buna misal olaraq, uşağınız üçün ilk smartfon qismində və ya yaşlı nəslin əvəzolunmaz köməkçisi kimi ideal cihazdır.

Galaxy A xəttinin yeni smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. (milli.az)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı