Poco X2-nin qiyməti təqdimatdan öncə məlum oldu | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Poco X2-nin qiyməti təqdimatdan öncə məlum oldu

Elm və texnologiya A- A A+

Artıq Xiaomi-nin müstəqil brendi kimi fəaliyyət göstərən Poco öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimatına hazırlaşır.

Rəsmi təqdimat tədbirinə bir neçə gün qalmış isə insayderlər Poco X2-nin əks olunduğu yeni tizer fotosunu əldə ediblər. Həmin fotoda həmçinin smartfonun qiyməti də əks olunub.

Eurasia Diary  technote.az-a istinadən bildirir ki, son məlumat sızıntılarına əsasən Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 730G prosessoru, 6 GB RAM, 64 MP-lik (Sony IMX686) dördlü arxa kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayderlərin əldə etdikləri tizer fotosuna əsasən Poco X2 266$ qiymətində satışa çıxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, brendin ilk smartfon modeli olmuş Pocophone F1 modeli 400$ qiymətində satışa çıxmışdı. Lakin onu da nəzərə almaq lazımdır ki, Pocophone F1 flaqman smartfon modeli idi. Poco X2-nin təqdimatı 4 fevral tarixində baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...