AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.
EDNews-un xəbərinə görə, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında müvafiq qərar qəbul olunub.
Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib. (apa.az)