Yeni texnologiya cərraha xəstəni uzaq məsafədən hiss etmək imkanı yaradır | Eurasia Diary - ednews.net

30 May, Şənbə


Yeni texnologiya cərraha xəstəni uzaq məsafədən hiss etmək imkanı yaradır

Elm və texnologiya A- A A+

Cərrahiyyə sahəsində artıq xəstə üzərində distant rejimdə əməliyyat aparmağa imkan verən texnologiyalar tətbiq edilir.

Əməliyyat zamanı mikroskopik dəqiqlik lazım olduqda cərrahlar uzaq məsafədən robot manipulyatorların köməyindən istifadə edirlər. Texas A&M Universitetinin komandası bu texnologiyanı təkmilləşdirmək və onu daha da təhlükəsiz etməyə cəhd göstərib.

EDNews.net  ictnews.az-a istinadən bildirir ki, təklif edilmiş texnoloji hazırlama yalnız xəstəni uzaq məsafədən əməliyyat etmir, həm də əllərin titrəməsinin minimal nəticələrini aradan qaldırır. Bundan başqa, əks-taktil rabitə incə prosedurları son dərəcə dəqiqliklə və təhlükəsiz yerinə yetirməyə kömək edir. Cərrah onun barmaqlarının uc hissələrinə ötürülən vibrasiyalar vasitəsilə toxumalarla əlaqəni hiss edə bilir.

Həkimin əlinə geyindiyi xüsusi əlcəyə ötürülən yumşaq elektrik impulsları sayəsində belə hisslər yaranır. Obyektə yaxınlaşdıqca impulsların tezliyi artır. Nəticədə operator əməliyyat edilən sahəyə toxunmamışdan öncə orada təzyiqin ölçüsünü dəqiq müəyyənləşdirə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...