Yeni “iPhone”da qulaqlıq olmayacaq | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


Yeni “iPhone”da qulaqlıq olmayacaq

Elm və texnologiya A- A A+

Payıza planlaşdırılmış “iPhone 12” istehsal xəttinin smartfonları pulsuz qulaqlıqla təchiz edilməyəcək.

“Apple” şirkəti 2020-ci ildən başlayaraq öz smartfonlarını pulsuz simli “EarPods” qulaqlıqlarından məhrum edəcək. Min-Çi Konun fikrincə, “Apple” şirkətinin “AirPods” qulaqlıqlarının satış həcmini yüksəltmək üçün nəzərdə tutulmuş yenilənmiş siyasəti səbəbindən yeni “iPhone” cihazları pulsuz qulaqlıqdan məhrum olacaq.

Xatırladaq ki, 2016-cı ildə şirkət aktual “iPhone 7” və “7 Plus” smartfonlarını qulaqlıqlar üçün portdan məhrum etmişdi və bunu suyun düşməsindən qoruma ilə izah etmişdi. Əvəzində komplektə “Lightning” konnektorundan istifadə edən “EarPods” əlavə etmişdilər. Həmçinin “iPhone” qutularına yeni smartfonlarda köhnə tip qulaqlıqlardan istifadəyə imkan verən adapter yerləşdirilmişdi.(azərbaycan24)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...