Azərbaycan İlahiyyat İnstitutunda yaz imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


Azərbaycan İlahiyyat İnstitutunda yaz imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib

Elm və texnologiya A- A A+
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsilə dair növbəti iclas keçirilib.
 
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov respublikamızda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkə ərazisində COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq Aİİ-də də onlayn dərslər davam etdirilir.
 
A.Şirinov tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən bəhs edib. Vurğulayıb ki, Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət etmək üçün geniş imkanlar yaradır. O, İlahiyyat İnstitutunda təhsil alan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüflə qeyd edib.
 
Aİİ rektoru COVID-19 infeksiyasının pandemiya olduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, ölkə ərazisində bəzi yumşalma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə səsləyib.
 
İclasda Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov və İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb, biletlərin və imtahan suallarının təşkili, sessiya zamanı tələbələrə güzəştlərin edilməsi ilə əlaqədar təkliflərini bildiriblər.

azertag.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...