“SpaceX” ilk dəfə fəzaya insan göndərir - VİDEO | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


“SpaceX” ilk dəfə fəzaya insan göndərir - VİDEO

Elm və texnologiya A- A A+

ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı "Crew Dragon” kosmik gəmisini yerin orbitinə çıxarıb.

EDNews.net  xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilib.

Beynəlxalq Kosmik Stansiyaya uçuşun canlı yayımını 1 milyondan çox insan izləyib. Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli. 

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu baş tutmamışdı. (Qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...