Koronavirusdan sonrakı gələcək 10 əsas trend

Elm və texnologiya 16:28 08.08.2020

Aylardır davam edən koronavirus pandemiyası dünyada vərdiş etdiyimiz bir çox şeyi kökündən dəyişib. Sahibkarlar əməkdaşlarını ofisə qaytarmağa tələsmir, təhsil onlayn formata keçir, hətta məhsulları da mağazadan almağa yox, internetdən sifariş etməyə üstünlük verməyə başlamışıq. Postkoronavirus dövründə həyatımıza hansı trendlər girəcək?

EDNews.net Report.az-a istinadla bununla bağlı araşdırmanı təqdim edir.

1. Distant identifikasiya

SMS-kod və puş-ismarışların yerini biometriya (məsələn, barmaq izi, “feys aydi” və s.) tutacaq. Onlayn alver, maliyyə əməliyyatları və ya sənədlərin imzalanması kimi rəqəmsal kimlik təsdiqi həyatımızda möhkəmlənməkdə davam edir. Kimliyin distant təsdiqi yaxın vaxtlarda həyatın bütün xidməti sahələrinə daxil ediləcək. Bununla da rahat və təhlükəsiz identifikasiyaya malik texnologiyalara da tələbat artacaq.

2. Logistika və çatdırılma texnologiyaları

Pandemiya dövründə bütün dünyada çatdırılma xidmətlərinə böyük tələbat müşahidə edilib. Məsələn, Rusiyanın “Eda.Yandex” və “Delivery Club” yemək çatdırılmasına olan tələbat ötən aylarla müqayisədə 35,5% artıb. Böyük ehtimalla bu vərdiş yoxa çıxmayacaq. Bir çox mütəxəssisin fikrincə, çatdırılma zəncirində insanın rolu da dəyişə bilər: işin bir hissəsini dronlar görəcək. “Google”, “Amazon” və digər şirkətlər ya artıq bu prosesi işə salıblar, ya da dronlar hələlik sınaq mərhələsindədir. Bundan başqa, C2C (“consumer to consumer” – tərc. istehlakçıdan istehlakçıya) e-ticarət sektoru daha da inkişaf etməyə başlayacaq. C2C əsasən “Ebay” kimi satış platformalarda gerçəkləşdirilir. Burada platforma vasitə rolundadır. Fiziki şəxsin digər fiziki şəxsə öz məhsulunu satdığı, əlavə heç bir hüquqi prosedurların (məsələn, çeklərin) olmadığı bir ticarət növüdür.

3. Distant iş

Distant iş və çevik qrafik fikrini dəstəkləyən texnologiya şirkətlərinin sayı artmaqda davam edir. Pandemiyaya görə görülən məcburi tədbirlər bu gün artıq adi reallığa çevrilib. Bu trenddə “Zoom” və “Google Meet” kimi tətbiqlərin rolu danılmazdır.

Misal üçün, “Facebook” şirkətində əməkdaşları ofisə çağırmağa tələsmirlər. 45 minlik “Facebook” personalına müraciət edən Mark Sukerberq 5-10 il sonra əməkdaşların yarısının distant işləyəcəyini vurğulayıb.

Bundan başqa, bir çox orta və xırda sahibkarları ofis xərclərinin nə dərəcədə məntiqli olub-olmaması düşündürüb. Üstəlik, distant iş həm də tələbə, gənc analara, uşaqları ilə daha çox vaxt keçirmək istəyən valideynlərə əl tutur.

4. Kibermüdafiə

Distant iş fikrini bir çox sahibkar dəstəkləsə də, bunun yan təsirləri də mövcuddur. Misal üçün, bir çox biznesmen və siyasətçilərin işgüzar iclaslar üçün istifadə etdiyi “Zoom”da təhlükəsizliklə bağlı ciddi problemlər ortaya çıxıb. Ancaq bununla belə, bu cür zəif nöqtələr yeni təhlükəsizlik texnologiyalarının inkişafına təkan verir. Yəni yaxın vaxtda korporativ təhlükəsizliyin olduğu yeni rahat servislər gözləyə bilərik.

5. Teletibb

Koronavirus dövründə əksəriyyət riskə getməyərək xəstəxana və klinikalara getmir. Bundan başqa, teletibb həm də xeyli vaxta qənaət etmək deməkdir. Bu isə meqapolis sakinləri üçün vacib amildir.

Teletibbi, demək olar ki, bütün sahələrdə tətbiq etmək olar: pediatriyadan psixoterapiyayadək. Bundan istifadə edən insanların sayı artır. Üstəlik, xidmətlərin siyahısı da böyüyür. Məsələn, insanlar artır rahatlıqla xarici mütəxəssislərlə də məsləhətləşə bilirlər. Teletibbin ikiqat daha sürətlə inkişaf edəcəyi gözlənilir.

6. “Deep Cleaning”

Maskalar viruslardan qorunma vasitəsindən dəbdəbə aksesuarına keçiblər. Artıq brendlərin əksəriyyəti dəbdəbəli maskalar tikməyə başlayıb. Antiseptikdən (əllər üçün spirtli məhlul) “instinktiv” istifadə isə böyük ehtimalla bizimlə hələ çox qalacaq. O ki qaldı ciddi trendlərə, COVID-19 özü ilə həm də təmizlik texnologiyalarını gətirib. Belə ki, yaxın gələcəkdə hava limanı, kinoteatr, muzey və digər ictimai yerlərdə təmizlik və təhlükəsizliyini müşahidə edən xüsusi smart təmizlik cihazlarının tətbiq edilməsi gözləniləndir.

7. Süni intellekt

Süni intellekt uzun müddətdir ki elmi fantastikadan çıxaraq rutin həyatımıza daxil olub. Süni intellekt həm də həkimlərə də yardımçı olur. Bu, onların vaxtına xeyli qənaət edir. Belə ki, kompüter tomoqrafiyası şəklini təhlil etmək və COVID-19-u müəyyənləşdirmək üçün alqoritmlərə sadəcə bir neçə saniyə kifayət edir.

Bundan əlavə, israilli alimlər yoluxmanı aşkarlayan yeni mobil tətbiq üzərində çalışırlar. Bu tətbiq insanın səs dəyişikliyinə əsaslanaraq onun COVID-19 daşıyıcısı olub-olmamasını müəyyənləşdirə biləcək.

Ancaq süni intellektin işi tiblə də bitmir. Məsələn, bir çox mağaza onlayn müştəriləri xidmətlərini artıq insanlara yox, çat-botlara (süni intellektə) güvənməyə başlayıb. Həmin çat-botlar eyni anda minlərlə müştəriyə cavab vermək qadirindədirlər.

8. Robotlaşma

Robotların iqtisadiyyata inteqrasiyasının araşdırmaçılarının fikrincə, pandemiya avtomatlaşma üçün yeni imkanlar yaradacaq. Robotlar hərərət ölçüsü, ultrabənövşəyi dezinfeksiya, kuryer robotlar isə məhsulların çatdırılması sahəsində geniş istifadə olunmağa başlayıb. “McDonald’s”da kassir və aşpaz robotların sınaq mərhələsindədirlər. “Amazon” isə öz anbarlarında insanları çoxdan robotlarla əvəzləyib. “Facebook” və “Google” kimi texnoloji nəhənglər də geridə qalmırlar. Onlar süni intellekt sayəsində uyğunsuz kontentlərə nəzarət edirlər. Üstəlik, alimlər fintes məşqçilərini əvəzləyə biləcək robotlar üzərində çalışırlar.

9. Özünüinkişaf texnologiyaları

Koronavirus pandemiyası bizi evə bağlayıb. Fitnes, təhsil, əyləncə – hər şey onlayn rejimə köçüb. Məsələn, bir çox musiqi, kitab, dil öyrənmək tətbiqlərin yüklənmə sayında böyük artımlar müşahidə edilib. Bu bizim kinoteatrlardan və ya ingilis dili müəllimlərdən imtina edəcəyimiz mənasına gəlmir, ancaq bu sahələrdə rəqabət güclənəcək, demək ki, məhsulların keyfiyyəti də artacaq.

10. 5G

Rəqəmsal texnologiyaların inkişafı ilə paralel internet daha da yüklənir. Mütəxəssislərin fikrincə, bir neçə il sonra internet üzərindən o qədər məlumat qəbul edib göndərəcəyik ki, indiki şəbəkə nəsli trafikin öhdəsindən gələ bilməyəcək. 5G indiki nəsil dünya şəbəkəsinin yüklənməsini azalda və yeni xidmətlər üçün yol aça bilər.

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı