İsveçdə, SAF təşkilatının rəhbərliyi ilə, Stokholm şəhərində fəaliyyət göstərən Qarabağ məktəbinin bu gün (23 avqust) yeni tədris ilinə start verilib. SAF təşkilatının sədri Sevda Dadaşova bu münasibətlə uşaqlara, müəllimlərə və məktəbin idarə heyyətinə 2020-2021 yeni tədris ilində uğurlar arzulayıb və təhsilin necə mühüm və vacib olduğunu vurğulayıb: “Uşaqlar, ali təhsilinizlə, İsveç cəmiyyətində yaxşı vəzifələr qazandıqca, siz Azərbaycanın adını da uca tutacaqsız, siz bizim sabahımızın ümidi və qururusuz, oxumaq və yeni zirvələr əsas məqsədiniz olmalıdır!” Qarabağ məktəbinin rəhbəri Tünzalə Oruczadə bütün dünyanı pandemiya bəlasına baxmayaraq məktəbin fasiləsiz, davamlı fəaliyyətlə məşğul olduğuna görə bütün üzvlərə öz təşəkkürünü bildirib. Qarabağ məktəbinin “Qarabağ” rəqs qrupunun rəhbər və xoreoqrafları Mehriban Ələkbərzadə və Cəmilə Hilalova uşaqları yeni tədris ili münasibətilə təbrik edib və böyük səhnələrdə Qarabağın adını daha da yüksəklərə qaldırıb və daha böyük uğurlar əldə etməklərini arzulayıblar. Yazar, Eluca Atalı uşaqlara təhsilin böyük Dünyaya qapıların açarı olduğunu vurğulayıb və Azərbaycanın ədəbiyyatını və tarixini təbliğ etməyini İsveçdə yaşayan uşaqlara böyük zövqlə davam etdiyini bildirdi. Qarabağ məktəbinin yeni tədris ilinin açılışında digər müəllimlər Samirə Ələkbərova (Azərbaycan dili), Kate Andersson (müsiqi/vokal), fəal diasporçular Xədicə Eminova, Aygul Yusubova, Səbinə Rahimova və hər zaman Qarabağ məktəbinə dəstək olan jurnalist və İsveçdə aktiv fəaliyyət göstərən SAMM Tv və “Öppna kanalen” rəhbəri və prodüsseri Rahim Sadıqbəyli çıxış edib və müvəffəqiyyətlər arzulayıblar.
Qeyd etmək istəyirik ki, İsveçdə məktəblər pandemiya vaxtı hər zaman fəaliyyətdə olub.