"Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq" - Təhsil Nazirliyi | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


"Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq" - Təhsil Nazirliyi

Elm və texnologiya A- A A+

Yanvarın 8-i saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 2021-ci il yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...