Akademik Çingiz Qacar vəfat edib | Eurasia Diary - ednews.net

1 Avqust,


Akademik Çingiz Qacar vəfat edib

Elm və texnologiya A- A A+

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar vəfat edib.

AMEA-dan Eurasia Diary-yə bildirilib ki, alim 92 yaşında vəfat edib.

Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə o 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.

18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...