Bu gün Gülüstan sarayında keçirilən "Unec Economik Forum Baku 2021" tədbirində Təhsil naziri Emin Əmrullayev çıxış edib.
EDNews.net xəbər verir ki, nazir çıxışında pandemiyadan sonra Azərbaycanda distant təhsilin davam etdiriləcəyini bildirib.
"Distant təhsil bir sıra cəhətlərinə görə çox unikaldır və Azərbaycan təhsil sistemi də distant təhsilin imkanlarından faydalanacaq" - nazir bildirib.