Qazaxıstanın 2 milyondan artıq əhalisi olan ən böyük şəhəri Almatıda 5G - 5-ci nəsil mobil şəbəkə sisteminə keçilməsinə başlanıb.
EDNews.net xəbər verir ki, bu barədə rəqəmsallaşdırma üzrə departamentin rəhbəri brifinq zamanı bildirib. 5G-yə keçid pilot layihə olaraq tətbiq edilib. Yeni mobil şəbəkəni təmin etmək üçün Qazaxıstanda fəaliyyət göstərən üç operator bu işə cəlb olunub.
Artıq Almatıda şəhər sakinləri və xarici qonaqlar texnologiyanın sözügedən nemətlərindən faydalana biləcək. Bundan sonrakı dövr Almatı şəhəri və bütövlükdə Qazaxıstan üçün yeni bir mərhələ hesab oluna bilər.