ABŞ Kosmik və Aviasiya Administrasiyasına (NASA) bağlı olan Günəş Dinamikası Rəsədxanası Günəşin "kədərli" fotosunu yayımlayıb.
Ednews xəbər verir ki, daha əvvəl Günəşin "gülümsəyərək" çəkilən fotosunu paylaşan Solar Dynamics Rəsədxanası bu dəfə Günəşin "kədərli" fotosunu paylaşıb.
Rəsədxananın Twitter hesabındakı paylaşımda "Keçən ay gülərüz olan Günəş bu dəfə əsəbi görünür"- deyə açıqlama yer alıb.
Nəzrin Beydiyeva