iPhone 14 seriyasının istehsal sayında problemlər ola bilər.
Ednews xəbər verir ki, Apple-ın istehsal tərəfdaşı Foxconn-un Çindəki fabrikində baş verən işçi böhranı iPhone 14 Pro və Pro Max istehsalına birbaşa təsir edib. Məşhur analitik Kuo Pro seriyanın 15-20 milyon daha az istehsal olunacağını açıqlayıb. Bu isə İphone istehsalının bir başa 20 faiz azalacağı deməkdir.
Qeyd edək ki, Apple son rübdə 80-85 milyon ədəd iPhone 14 Pro və Pro Max istehsalı nəzərdə tutmuşdu. Kuonun hesablamalarına görə, son rübdə 70-75 milyon iPhone 14 Pro və 14 Pro Max istehsalı olacaq.
Nəzrin Beydiyeva