Supermarketə gedərkən ev üçün qeyd etdiyimiz ərzaq siyahısını unutmaq insana stress yaşadır. Bu hal əlbəttə hər kəsin başına gələ bilər.
Ancaq Whatsappda yenilənən "Özünü xəbərdar et" funksiyası ilə bu problemin həlli tapılıb. Bu funksiya vasitəsi ilə özünüzə qeydlər, xatırlatmalar və yeniləmələr göndərmə imkanı yaranacaq.
Ednews xəbər verir ki, bu funksiya yaxın həftələrdə bütün Android və iPhone istifadəçiləri üçün əlçatan olacaq.
Yeni funksiya istifadəçilərə görüləcək işlər siyahılarını izləməyə və özlərinə qeydlər və xatırlatmalar və ya alış-veriş siyahıları göndərməyə kömək edəcək.
Bu alətdən istifadə etmək üçün ilk olaraq WhatsApp-ı açın və ekranın yuxarı sağ küncündəki işarəyə klikləməklə yeni səhifə yaradın. Daha sonra kontakt siyahınızın yuxarısında öz nömrənizin üzərinə klikləyərək, mesajlaşmağa başlayacaqsız.
Yeni funksiya həmçinin, WhatsApp-ın eyni anda birdən çox qrupa mesaj göndərməyə imkan verən “İcmalar” adlı yeni əlfəcinini də işə salacaq. Habelə, istifadəçilərə bir neçə qrup söhbətini bir mövzuda birləşdirməyə və yeniləmələri hamı ilə paylaşmağa imkan verəcək.
Rəna Mürşüd