Yaponiyanın ən zəngin adlarından biri, milyarder iş adamı Yusaku Maezava gələn il Ay səyahətində onu müşayiət edəcək 8 nəfərin adını açıqlayıb.
Ednews xəbər verir ki, məlumatı sosial mediada paylaşan Maezava, sahibkar İlon Maskın SpaceX raketlərindən biri ilə edəcəyi səyahətdə onu ABŞ-lı DJ və prodüser Stiv Aoki, YouTuber Tim Dodd, rejissor Brendan Hall, çexiyalı rəssam Yemi A.D. İrlandiyalı fotoqraf Rhiannon Adam, britaniyalı fotoqraf Kərim İliya, hind aktyoru Dev Coşi və Cənubi Koreyalı K-pop ulduzu, T.O.P kimi tanınan Choi Seung-hyun müşayiət edəcəyini bildirib.
ABŞ snoubordçusu Keytlin Farrinqton və yapon rəqqasə Miyunun da adları ehtiyat ekipaj üzvləri kimi siyahıdadır.
Qeyd edək ki, keçən il Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) "Soyuz MS-20" gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən Maezava 12 günlük kosmos səyahətini uğurla başa vurub. O həmin görüntüləri şəxsi hesabında anbaan paylaşmışdı.
Nəzrin Beydiyeva