"Milad asteroidi” adlanan 12 metr enində göy cismi Yerə doğru istiqamətlənib. Yerə yaxınlaşan asteroid gələn cümə axşamı planetimizdən də müşahidə olunacaq.
Bəs, Yeni il asteroidi Yerə necə təsir edəcək?
Ednews xəbər verir ki, Avropa Kosmik Agentliyi (EMA) həvəskar astronomları rəsmi olaraq 2015 RN35 adlı meteoritə baxmağa çağırıb.
ESA-nın sosial media paylaşımında “Biz bunun səbəbsiz olduğuna inanmırıq. 2015 RN35 min illər əvvəl Bethlehem ulduzu kimi səmada parlamayacaq. Azadlıq Heykəlindən kiçik olan bu asteroid astronomik miqyasda olduqca kiçikdir. “Lakin diametri 30 santimetr və daha böyük olan teleskoplar Milad asteroidinin şəkillərini çəkə bilir”,- deyə bildiriblər.
ESA, asteroid haqqında çox şey bilinmədiyi üçün göndəriləcək şəkillərin əvvəlki elmi araşdırmalara töhfə verəcəyi vurğulayıb. Həmçinin 2015 RN35-in 680 min kilometr məsafə ilə Yerə ən yaxın məsafədə olacaq. Asteroidin Yerə heç bir zərər verməyəcəyi qeyd edilib.
Agentlik mütəxəssislərin 2015 RN35-in hansı maddələrdən ibarət, onun nə qədər böyük olduğunu və öz oxu ətrafında fırlanıb-fırlanmadığını dəqiq bilmədiyini vurğulayıb.
Nəzrin Beydiyeva