WhatsApp ismarıc tətbiqi daha bir yeni funksiyasını təqdim edib.
Ednews xəbər verir ki, belə ki, artıq istifadəçilər 30 saniyəyə qədər səsli mesajları status formasında paylaşa biləcəklər. Onlar status yeniləmələri kimi səsli mesaj yazmağa və paylaşmağa imkan verən Sound Status funksiyasından istifadə edəcəklər.
Qeyd edək ki, WhatsApp bu gün istifadə edilən aparıcı mesajlaşma platforması olaraq qalır.
Bəzi funksiyalara kontakt siyahınızla paylaşılan status yeniləmələri, WhatsApp icmaları və s. daxildir. Avtomatik silinən mesajlar və bir dəfə görünən media kimi bu yaxınlarda yeni tətbiq funksiyaları istifadəçilərin ixtiyarına buraxılıb.
Aysel Şahmar