“Google”un yeni “Android” Zəlzələ Xəbərdarlığı Sistemi - ARAŞDIRMA - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“Google”un yeni “Android” Zəlzələ Xəbərdarlığı Sistemi - ARAŞDIRMA

Elm və texnologiya A- A A+
Son zamanlar dünyada  tez-tez baş verən zəlzələlər nəticəsində cəmiyyətdə qorxu, həyəcan hissi artıb.  Zəlzələlərdən qabaqcadan xəbərdar olmaq üçün insanlar müxtəlif üsullar axtarışındadırlar. Bu üsullardan biri də telefonlar üçün uyğunlaşdırılmış “Google” “Android” Zəlzələ Xəbərdarlığı Sistemidir. Bəs bu sistem nədir və ondan necə istifadə olunur?
 
“Google” şirkəti öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb. Xəbərdarlıq sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.
 
Sözügedən proqram yalnız “Android” cihazları üçün əlçatandır. “iOS” üçün “Google” Zəlzələ Xəbərdarlığı sistemi hələlik aktiv deyil. Bu xəbərdarlıq sistemi telefonların "yer" parametrlərindən istifadə edir. Belə ki, bu proqram hər zəlzələnin aşkar ediləcəyinə də zəmanət vermir. Çünki telefon yaxın ətrafda 4,5 və ya daha yüksək bal gücündə zəlzələləri təyin edə bilir. Proqram telefonlardakı akselerometrlərdən istifadə edərək, silkələnməni aşkarlayır və təsirlənmiş ərazidəki “Android” istifadəçilərinə xəbərdarlıqlar göndərir.
 
Android Zəlzələ Xəbərdarlığı Sistemi hazırda Android OS 5.0 və daha yuxarı olan bütün smartfonlarda işləyir. Sistemin iPhone-lara nə vaxt gələcəyi bilinmir, lakin Android Zəlzələ Xəbərdarlıq Sistemini istifadə etmək istəyən Android smartfon istifadəçiləri, “Ayarlar” bölməsindəki “Məkan” seçiminə sıxaraq telefonlarında “Təcili Yerləşdirmə Xidməti”ni aktivləşdirə bilərlər.
 
Türkiyə, Yeni Zelandiya və Yunanıstan ilə birlikdə ABŞ-dan kənarda Android sistemli zəlzələ xəbərdarlığından istifadə edən ilk ölkələr sırasındadır. Android Zəlzələ Xəbərdarlıq Sisteminin gələcəkdə Filippin, Qırğızıstan və Özbəkistan kimi ölkələrdə də tətbiqi planlaşdırılır.
 
Qeyd edək ki, “Google”un yeni sistemi ABŞ, Yunanıstan Yeni Zelandiyaya,Türkiyə, Filippin və digər ölkələrdə mövcuddur. Şirkət yaxın zamanda bütün dünyada bu proqramı aktiv etməyi planlaşdırır.
 
Sevinc Kamalova


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...