Twitter-in yeni loqosu San-Fransisko baş qərargah ofisinin ətrafında yaşayan insanları narahat edib.
Ednews xarici media-ya istinadən xəbər verir ki, onlar 'X' formasında olan yeni loqonun işığından şikayətçidilər.
2022-ci ilin oktyabrında Twitter-i 44 milyard dollara satın alan İlon Musk, adı dəyişdirilən şirkətin San Fransiskoda qalacağını açıqlayıb.
Lakin sosial media hesablarında paylaşım edən bir çox insan işığın gurluğundan şikayətləniblər.
Digər tərəfdən, tətbiqin adı Apple-ın proqramlar mağazasındakı App Store-da dəyişdirilib. Twitter-in mavi quş emblemi 'X' loqosu ilə əvəz olunub.
Qeyd edək ki, İlon Mask Twitter sosial media platformasının loqosunun və adının dəyişəcəyini, şirkətin yeni adının isə 'X' olduğunu açıqlayıb.
Aynurə İsmayıl