Təbiətdə vaxt keçirməyin yaddaş, təxəyyül və məntiqi inkişaf etdirərək insan beyninə ən böyük enerji verdiyi müəyyən edilib.
Ednews BBC-yə istinadən xəbər verir ki, Çikaqo Universitetinin Ətraf Mühitin Neyrologiyası Laboratoriyasının direktoru Dr. Mark Bermanın araşdırmasına görə, təbiətlə qarşılıqlı əlaqədə olmadıqda beynimiz yaxşı işləmir. Təbiətlə təmasda olmaq lüks deyil, zərurətdir.
Elektronlaşan dünya insan və təbiət arasında böyük bir sərhəd yaradıb. Belə olan halda xroniki baş ağrıları, depressiya artmaqdadır.
Alimlər, ən azı həftədə 1 dəfə təbiətlə vaxt keçirməyimizi tövsiyə edirlər.
Oğuz