İranda istənilən növ Apple markalı telefonların idxalı qadağan edildi
Ednews xəbər verir ki, “Tasnim” xəbər agentliyinin məlumatına görə, İranın Gömrük İdxal İdarəsinin rəisi Əlirza Sədrixah “Apple” brendi olan mobil telefonların ölkəyə gətirilməsinə qadağa qoyub.
Bununka bağlı məktubda təkcə iPhone 14 və daha yuxarı modellərin idxalına qadağa qoyulmasından bəhs edilmir, həm də istənilən növ Apple telefonunun idxalı qadağandır.
Məlumata görə, İphone13 və daha aşağı modellərin idxalına qoyulan qadağa bu telefonların istehsalının dayandırılması və ölkəyə yenilənmiş modellərin idxalı ilə əlaqədardır.
Əkbər Novruz