Bu yaxınlarda “İphone 16” seriyası haqqında maraqlı məlumatlar sızdırılmağa başlayıb.
Bu dəfə isə telefonlarda Face ID-nin ekranın altına köçürüləcəyi deyilir.
Ednews xəbər verir ki, iddiaya görə, indiki “İphone”lərdə ekranın yuxarı hissəsində “TrueDepth” kamerasını istifadə edən üz tanıma sistemi FaceID iPhone 16 modellərində ekranın altına yerləşdiriləcək.
“Apple”nin bu texnologiyanı 2025-ci ildə “İphone 17” modellərində istifadə etməyə başlayacağını məlum olub.
Əldə edilən məlumata görə, “Apple” bu texnologiyadan yalnız “Pro” modellərində istifadə edəcək.
Onu da edək ki, məsələ ilə əlaqədar “Apple”nin açıqlama verəcəyi istisna edilmir.
Mikayıl Mirzəzadə