Robot müharibələri yaxındadır

Dünya 12:42 27.06.2025

Ukrayna döyüş xəttində insan çatışmazlığından yaranan çətinlikləri aradan qaldırmaq üçün robotlardan istifadəni sürətlə artırır.

“EDnews” xəbər verir ki,  Kiyev artıq pilotsuz yerüstü nəqliyyat vasitələrini (UGV) stress sınaqlarından keçirir.

UGV-lər artıq ön cəbhədə fəaliyyət göstərir və 3-cü Hücum Briqadası qabaqcıllardan biridir. Qəzet qeyd edir ki, onlar hələ çox deyil, lakin bu, tezliklə dəyişə bilər: Ukrayna yazda cəbhə xəttində 15 000 yer robotu yerləşdirməyi planlaşdırdığını açıqlayıb.

Bəzi sənaye oyunçuları 2023-cü ildə İHA-ların kütləvi istehsalının baş verdiyi kimi, döyüş meydanının bu yay kəskin şəkildə dəyişəcəyini proqnozlaşdırırlar. Bir robot istehsalçısı deyir: “Rusların “ət divarını” dayandıracaq adamlarımız yoxdur. Beləliklə, biz “zombilərimizi” onların zombilərinə qarşı göndərəcəyik”.
Təxminən 40-a yaxın özəl Ukrayna şirkəti hazırda 200-ə yaxın UGV modeli istehsal edir. Onlar şərti olaraq üç növə bölünür:

-logistika (yanacaq, su, evakuasiya),
-mühəndislik (minaların çəkilməsi və təmizlənməsi, rabitə),
və daha az dərəcədə - döyüş (qumbaraatan platformalar, dron-ov qüllələri).

Robotların əksəriyyəti cəbhəyə göndərilməzdən əvvəl gücləndirilir: kameralar, əlavə kommunikasiyalar və ya elektron müharibədən qorunma əlavə olunur.
"Qətl Evi"ndə ("yer robotları üçün universitet" adlanır- red.) "UGV Akademiyası" nın rəhbəri "Stark" deyir ki, maşınlar müəyyən vəziyyətlərdə artıq bütöv əsgər qruplarını əvəz edir.

Ukraynanın yük dronları tonlarla avadanlığı mövqelərə çatdırır. “Ardal” kimi yeni evakuasiya dronları həkimlər üçün riski aradan qaldırır. Müasir minaçı robotlar bir anda onlarla tank əleyhinə mina qoyurlar.

“Xızak” 200 metr məsafədən digər dronları vuran süni intellektlə işləyən drondur. Onun "qardaşı" - 7,62 mm-lik pulemyotlu platforma olan "Lyut" ilk olaraq Kursk vilayətində pusqu əməliyyatında özünü göstərib. UGV Robotics şirkətinin yaradıcısı Vasili deyir ki, bu maşınlardan istifadənin yeniliyi rusları o qədər heyrətləndirdi ki, onlar özləri mövqelərini tərk edərək, digər bölmələrə onları məhv etməyə imkan verdilər.

Əvvəlcə UGV operatorları maşınlardan bir kilometrdən çox olmayan bir radiusda olmalı idi. KİV yazır ki, 92-ci briqadadan olan “Kölgə” və “Şura” əvvəllər robotu cəbhə xəttinə piyada necə müşayiət etməli olduqlarını xatırladırlar – bu, dronların üstünlük təşkil etdiyi indiki şəraitdə intihara bərabər olardı. İndi onlar Starlink vasitəsilə onlara qoşularaq Xarkov vilayətindəki qərargahdan maşınlara nəzarət edirlər.

Bununla belə, yaradıcıları belə robot döyüşləri dövrünün gəldiyinə inanmırlar.

"Bəli, maddi-texniki təminatda köməklik edəcəklər, özlərini orda-burda sığortalayacaqlar. Amma heç vaxt piyadaları əvəz etməyəcəklər", - Şura deyir.

Robot döyüşçülərdən kütləvi istifadə üçün bir neçə əsas maneə var:

Rabitə. Starlink meşələrdə və ya çətin ərazilərdə işləmir. Dronların bir-birinə məlumat ötürdüyü mesh şəbəkələri əsas qovşaqlar itirildikdə dağılır.

Texnologiya. Logistika və kamikadze hücumları üçün UGV-lər istehsal edən Bureviy bürosundan mühəndis Viktor deyir ki, maşınların kütləvi şəkildə aktiv döyüşlərdə istifadə edilməsindən əvvəl süni intellekt və maşın görmə qabiliyyətinin təkmilləşdirilməsi lazımdır. Bu, təxminən bir il çəkə bilər.

 Viktor əlavə edir: "Bizim kifayət qədər missiyaları yerinə yetirəcək və sağ qalacaq operatorlarımız demək olar ki, yoxdur".

Qəzet yazır ki, Ukrayna hazırda UGV yarışında qalib gəlir - sadəcə məcbur olduğu üçün: "Ordusunu hər ay 8-9 min nəfərlə dolduran Rusiya elə də təcili ehtiyac hiss etmir. Lakin ukraynalı tərtibatçılar etiraf edirlər: FPV dronlarında olduğu kimi, Rusiya Ukraynanın ən yaxşı işlərini ələ keçirə, onları standartlaşdıra və kütləvi istehsal qura bilər”.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı