"Bunu məhdudlaşdırmaq əvəzinə..." EKSPERTDƏN AÇIQLAMA

"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil".

Elm və texnologiya 13:36 03.12.2024

EDnews xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:

"Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara  ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər".
  Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.

"Başqa sözlə, rəqəmsal mühitdə gənclər dünya ilə eyni vaxtda cari hadisələri, iqtisadiyyatı, siyasəti, elm və texnologiyanı izləyə bilirlər.Bir sözlə sosial media səmərəli istifadə edildiyi müddətdə gənclərimiz üçün daha faydalı bir platforma təşkil edir.Lakin bildiyimiz kimi gənclərimizi düzgün istiqamətləndirməyəcəyimiz təqdirdə sosial medianın yetəri qədər zərərləri də mövcuddur. Sosial mediadan istifadə zamanı fiziki paylaşımların olmaması fərdlərin bir-birlərinə qarşı daha mənfi ifadə və münasibət sərgiləməsinə səbəb ola bilər. İnsanlar sosial media hesablarından güc alaraq real həyatda başqalarına deyə bilmədikləri söyüş, təhdid və ya təhqiredici şərhlər, mesajlar və s. kimi mənfiləri rahatlıqla yaza bilərlər. Bu davranışları nümayiş etdirən insanlar qarşı tərəfin imicinə xələl yetirməklə yanaşı, həm də öz gələcəkləri üçün pis reputasiya yaradırlar. Hətta son zamanlar "TikTok" platformasında bir sıra gənclərin diqqət mərkəzində qalmaq üçün məhrəmiyyətləri ilə bağlı da paylaşımlarının şahidi oluruq. Daha sonra onun şəkil və videoları başqaları tərəfindən oğurlana və saxta hesablar açılaraq gələcəkdə əleyhlərinə də istifadə oluna bilər. Eyni zamanda sosial mediadan istifadə gündəlik həyatda sosial bacarıqların olmamasına səbəb olaraq, onlarda asosiallıq da yaradır", deyə o bildirib. 

Mütəxəssis əlavə edib ki, gənclərin normal ünsiyyətdən qaçması sosial mediada daha çox keçirdiyi zamana görədir. 

"Gənclər normal ünsiyyət qurmaqda da müəyyən qədər çətinlik çəkirlər. Çünki daimi ekranlara məruz qalmaq diqqətin yayınmasına və fiziki yorğunluğa səbəb ola bilir. Araşdırmalar nəticəsində məlum olur ki, gənclərin gün içində ilk və son olaraq baxdıqları onların mobil telefonlarıdır. Bu, əslində çox ciddi bir problemdir. Lakin biz sosial mediadan istifadəni tamamilə qadağan və ya tam sərbəst şəkildə öz başına buraxa bilmərik. Burada ailələrə böyük məsuliyyət düşməkdədir. Ailələr övladlarının sosial mediadan istifadəsini məqsədyönlü, məhdud və nəzarətli istifadəyə diqqət etməlidirlər. Övladlarını daha faydalı istifadə istiqamətində məlumatlandırmalıdırlar. Çünki ailələri tərəfindən nəzarət olunan gənclər daha az aslılıq göstərirlər. Valideynlərin övladlarına sosial şəbəkələrdən düzgün istifadə etməyəcəkləri təqdirdə, onun gələcəyi üçün özünə, özünü inkişaf etdirməsinə və başqalarına zərər verə biləcəyini izah etmələri zəruridir", F.Əliyev öz növbəsində valideynlərə çağırış edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı