Azərbaycanda ev heyvanları ilə bağlı ilginc Qadağa

Cəmiyyət 16:19 03.02.2017
Türkiyədə bəzi şəxslər ev heyvanlarının saxlanma qaydasını pozduqlarına görə cərimə ediliblər. Ötən həftə verdiyimiz xəbərə görə, Türkiyə vətəndaşı "pitbull" və "doq" cinsinə aid itləri qanunsuz olaraq saxladığı üçün 15.918 TL (təxminən 8000 manat) ödəməli olub.
 
Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycanda saxlanılan ev heyvanlarının nə dərəcədə təhlükəli olduğunu və əhali arasında belə heyvanların saxlanmasına nə dərəcədə marağın olduğunu araşdırıb. Vəhşi Heyvanları Müdafiə Cəmiyyətinin (VHMC) sədri Azər Qarayev artıq neçə ildir ki, KİV-də və görüşlərdə bu məsələni qabartdıqlarını bildirib.
 
"2011-ci ildə Nazirlər Kabinetinin verdiyi sərəncama əsasən, Bakı şəhərində it və pişiklərin saxlanması qaydaları dəyişdirildi. Sərəncama görə, vətəndaş evində 2 it, 1 pişik və ya əksinə 2 pişik, 1 it saxlaya bilər. Amma sərəncamda evlərin kvadratmetri və ev şəraiti nəzərə alınmayıb. Məsələn, sahəsi 30 kv.m olan bina evində 2 böyük it saxlamaq nə dərəcə doğrudur?! Eyni zamanda qanuna əsasən, bütün itlər xalta ilə gəzdirilməli və mütləq itlər üçün ağızlıqdan istifadə olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qaydalara bizim şəhərdə riayət olunmur" — VHMC sədri bildirib.
 
Həmsöhbətimiz əlavə edib ki, hansı növ itlərin çoxaldılmasının qadağan edildiyi, hansı növ itlərə görə vergi tutulduğu, hansı itlər üçün ağızlıqdan istifadə edilməli olduğu ilə bağlı mütləq halda xüsusi siyahı hazırlanmalıdır: "Bu, cəmiyyətdə itlərlə və vəhşi heyvanlarla bağlı qorxunu aradan qaldıracaq. İnsanlar ancaq belə qanuni yollarla vəhşi heyvanların saxlanmasını nizamlaya bilərlər".
 
"Azərbaycanda vəhşi heyvan saxlanmasına görə cərimə tətbiq edilməsinin tərəfdarıyam. O ki qaldı vəhşi heyvanların saxlanılmasına, bəziləri ilan, ayı, şir və digər bu kimi təhlükəli heyvanlar da saxlayırlar. Amma onlar bu heyvanları gizlətməyə çalışırlar. Mən bu məlumatları baytarlarla danışdığım zaman alıram. Qanunsuzdur! Belə heyvanları xüsusi icazə olmadan vəhşi təbiətdən götürüb saxlamaq olmaz. Onların yeri vəhşi təbiətdir. Vəhşi heyvanların saxlanması qanunla qadağandır. Əgər belə heyvanlar saxlanırsa, bu, artıq cinayətdir" — Qarayev vurğulayıb.
 
Heyvanların Xilasetmə Mərkəzinin (HXM) direktor müavini Vüsalə Ali isə, məsələyə belə şərh verib: "Ev heyvanları heç vaxt vəhşi olmur. Onların vəhşi olması verilən tərbiyədən asılıdır. Biz adi küçə itini və ya çox balaca, dekorativ iti də vəhşi böyüdə bilərik. Bu, insandan asılıdır. Eyni zamanda, çox zaman ətrafda olan insanların heyvanlara yanaşma psixologiyası da səhvdir. Uşaqlarını itlərdən uzaq tuturlar, onları itlərlə qorxudurlar. Bu da sonradan fobiyanın yaranmasına səbəb olur".
 
İndiyədək kiminsə evində vəhşi heyvan saxlaması ilə bağlı polisə məlumat daxil olmayıb. Bunu isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov deyib.
 
"Bakı şəhərində bu günə kimi belə şikayət qeydə alınmayıb. Post Patrul Xidmətinin əməkdaşları, eyni zamanda sahə müvəkkilləri də bu məsələni diqqətdə saxlayırlar" — Rəhimov bildirib.
 
Paytaxt polisinin sözçüsü qeyd edib ki, it saxlamaq Bakıda son zamanlar inkişaf etdiyindən, insanların itlər haqqında məlumatları çox azdır: "Ona görə də, lazım gələndə şəhər sakinlərinə işçilərimiz tərəfindən məlumatlar verilir. Amma şəhərdə gəzdirilən itlər onlar üçün nəzərdə tutulan ağızlıqlar taxılaraq gəzdirilməlidir. Doğrudur, bununla bağlı qanunda boşluq var və heç kim buna görə cəza almır. Amma sakinlər tərəfindən şikayət gələrsə, itin sahibi ilə bağlı müəyyən ölçülər götürülə bilər". Hüquqşünas Azər Nağıyev da qeyd edib ki, bu günə kimi iş təcrübəsində belə bir hadisə ilə üzləşməyib: "Bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən məsələdir. Əgər insan itini bilərəkdən kiminsə üzərinə qısqırdırsa, bu zaman ona cinayət işi açıla bilər. Amma it sahibinə tabe olmadan insana hücum edərək onu qorxudur və ya xəsarət yetirərsə, o zaman itin sahibinə yalnız cərimə tətbiq edilə bilər".
 
 

 

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Hamısı