Ağstafa rayonunda yağan güclü dolu və leysan yağışı təsərrüfata ziyan vurub.
Günorta saatlarından başlayaraq yağan güclü yağış və dolu rayonun, əsasən Eynallı, Köçəsgər və Vurğun kəndlərində fəsadlar törədib.
Dolu düşməsi nəticəsində çiyələk sahələrinə və bir çox meyvə ağaclarına ziyan dəyib. Saatlardı yağan leysan yağışı əkin sahələrinə də ziyan vurub.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da hava yağıntılıdır.(publika.az)