Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb.
FHN-in saytının verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.
***
15:33
Masallı dağlarında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində, saat 10:50-də yanğın məhdudlaşdırılıb.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.