Tanrıverdi Mustafayev “Baş verənlər heç də yazıldığı kimi deyil...”

Cəmiyyət 11:33 01.09.2017
Cənub bölgəsində bir neçə gündür ki, “Azərişıq” ASC-nin əməkdaşları ilə vətəndaşlar arasında problem yaşanır. Hətta problem o həddə gəlib çatıb ki, vətəndaşlar quruma məxsus avtomobili yandırıblar.
 
Xəbər verildiyi kimi, hadisə Lənkəranın Liman şəhəri, H. Aslanov küçəsində baş verib. Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.
 
 
Bu hadisənin ardınca məlumat yayıldı ki, Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Bildirilir ki, yaranan borcla əlaqədar elektrik şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada da onu yüksək gərginlikli elektrik cərəyanı vurub.
 
Bəs cənub bölgəsində yaşanan bu problemlərin səbəbi nədir? “Yeni Müsavat”a danışan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, əslində baş verənlər heç də yazıldığı kimi deyil: “Əvvəla, bayram günlərində hər zaman olduğu kimi gücləndirilmiş iş rejimində çalışacağıq. Onsuz da bizim qurum bayramdan asılı olmayaraq elə hər gün gücləndirilmiş iş rejimindədir. Bayram günlərində də eyni templə davam edəcəyik. Bunun üçün bütün mexanizmlərimiz hazır vəziyyətdədir.
 
Cənub bölgəsində baş verənlərə gəlincə, onu deyim ki, Lənkərandakı hadisə artıq öz həllini tapıb. Avtomobili yandıran şəxs borcunu ödəyib, səhvini də başa düşüb. Hazırda avtomobili təmir edirlər. Əslində orada heç bir ciddi problem yox idi. Əməkdaşlarımız həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilmişdi. Onlar işlərini bitirib nahar edən zaman 2015-ci ildən qalan borcunu ödəməyən bir abonent küçədə dayanmış avtomobilə od vurmuşdu. Bununla belə, ”Azərişıq" ASC abonentə qarşı heç bir iddia qaldırmayıb. Çünki adamlar öz səhvlərini başa düşüblər".
 
T. Mustafayevin sözlərinə görə, hazırda Astara rayonundadır və orada ucqar bir kəndi elektrik enerjisi ilə təmin edirlər: “Elə cənub bölgəsində olduğum üçün sizə dəqiq məlumatlar verim ki, burada çox az sayda əhalinin borcu var. Borclu olanlar da yavaş-yavaş ödəyirlər. ”Azərişıq" ASC fəaliyyətə başladıqdan sonra hər ay borclar 5-10 faiz artıqlaması ilə ödənilir. Artıq köhnə xətlər dəyişdirilib, yeni transformatorlar quraşdırılıb. Eyni zamanda hər bir abonentimiz fərdi qaydada sayğacla təmin edilib. Əhali yüksək səviyyədə elektrik enerjisi ilə təmin olunur və bunun da əsasında abonent elektrik haqqını vaxtı-vaxtında ödəyir. Astara ilə bağlı yayılan xəbərə də aydınlıq gətirərək qeyd edim ki, həmin abonentin heç də borcu olmayıb və onun elektrik xəttini heç kim kəsməyib. Bu kimi xəbər yazanlar məsələni zəng edib, məndən dəqiqləşdirməyiblər. Çox maraqlıdır ki, o, nə üçün elektrik dirəyinə çıxıb. Bu, bizə də aydın deyil. Çünki abonentin elektrik xətti qeyd etdiyim kimi, kəsilməyib və hər ay da borcunu ödəyib. Hətta həmin günü də 20 manat pul ödəmişdi. Belə olan halda elektrik xəttini niyə kəsməliyik ki? Əksinə, bu cür abonentlərə öz təşəkkürümüzü bildiririk ki, nizamlı qayda da borcunu ödəyir. Ümumiyyətlə, abonentin borcu olsa belə, elektrik xəttini kəsmirik. Bunda maraqlı deyilik".
 
T. Mustafayev Astarada gördükləri işlər barəsində də danışdı: “Astaranın ucqar Şəvqo kəndindəyik. Bura elə bir yerdir ki, gərək vertolyotla gələsən. Belə bir yeri elektrik enerjisi ilə təmin edirik. 300-ə yaxın əhali yaşayır. Orada yeni transformator qoymuşuq və abonentlərin hər biri sayğacla təmin olunub. 3 kilometr uzunluğunda elektrik enerjisi xətti, 5 kilometr də 0.4 kilovoltluq özünüdaşıyan izolyasiyalı kabellər çəkilib, dəmir dayaqlar basdırılıb. Artıq bu gün (dünən -red.) ora gərginlik verilir. Qurban bayramı ərəfəsində kənd əhalisinin bayramını qoyunlar kəsərək də təbrik etdik. Bütün bunlar möhtərəm prezidentimizin göstərişi əsasında həyata keçirilir. O, özü birbaşa göstəriş vermişdi ki, bütün kəndlər elektrik enerjisi ilə təmin olunsun. Bu işlər 2 ay müddətində görülüb, yekunlaşdırılıb. Əhalinin də fikirləri bu işlə bağlı müsbətdir və cənab prezidentə təşəkkür edirlər”.
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Hamısı