Bakı mağazalarında sellofan torbalar pulla satılacaq?

Cəmiyyət 20:03 03.09.2017

…Bu il Bakıda keçirilən ənənəvi “Formula-1” yarışlarından öncə “Haas” komandasının pilotu Roman Qrojan Bakı treki haqqında təəssüratlarını bölüşərkən belə demişdi: “Bakı gözəl şəhərdir və Bakı Şəhər Halqası yaxşı trekdir. Bir çatışmazlıq var idi ki, o da plastik paketlərin ətrafda uçuşması idi – ötən il onlardan biri radiatorun sorma hissəsini tutaraq, doğurdan da, yarışda xal qazanmağımıza mane oldu. Ümid edirəm, bu il plastik paketlər ətrafda uçuşmayacaq. Mənim üçün bu, mükəmməl keçən yarış həftəsonunun yeganə çatışmazlığı idi”.

Virtualaz.org qeyd edir ki, Bakıda “Formula-1” pilotunu narahat edən və onun bolidinin radiatoruna ilişən sellofan paketlər (yaxud plastik materiallardan hazırlanmış torbalar) əslində indi dünyanı narahat edən əsas ekoloji problemlərdən biridir. Çünki bu torbalar istifadə edildikdən sonra bir çox hallarda ətrafa atılır, təbiəti çirkləndirir. Səbəb isə həmin torbaların torpağın altında yüz illərlə qalsa belə çürüməməsidir.

Azərbaycanda da sellofan torbalardan geniş istifadə olunur. İstənilən mağazalarda həm qida, həm də qeyri-qida məhsullarını qablaşdırmaq üçün plastik paketləri gen-bol işlədirlər. İndi kağız və parça torbaları ucuz başa gələn, lakin sağlamlıq üçün təhlükəli plastik paketlər əvəzləyib. Hətta bir çox hallarda bu torbalar yuyularaq təkrar-təkrar işlədilir.

İstifadədən sonra zibilliyə atılan bu paketlərin böyük hissəsini isə külək havaya uçurur – onlar ağacların budaqlarına, yağış sularının axdığı boruların uclarına və digər yerlərə ilişib qalır. Xüsusən də, istirahətə dəniz və ya çay kənarına gedənlər saysız-hesabsız sellofan torbaları hara gəldi atırlar…

“Pastik qatillər” torpaqda 400 ilədək qalır

İnsan orqanizmi və ətraf mühit üçün plastik paketlərin nə dərəcədə təhlükəli olması çoxdan məlum olsa da, “plastik qatillər”in sayı azalmır, əksinə, gün-gündən artır. Statistikaya görə, Yer kürəsinin hər bir sakini il ərzində təxminən 70-ə yaxın polietilen paketdən istifadə edir. Çürüyüb torpağa qarışmadığından plastik paketlər təbiətə böyük təhlükə törədir. Bu məhsulların torpaqda çürümədiyi və 400 ilədək qaldığı məlumdur. Marketlərdə bu torbaların pulsuz və demək olar ki, limitsiz olması onlardan istifadəni çoxaldır.

İDEA-nın aksiyası: təəssüf ki…

Xatırladaq ki, bir neçə il öncə Azərbaycanda ilk dəfə olaraq IDEA İctimai Birliyi tərəfindən bioparçalanan paketlərin istifadəsi ilə bağlı aksiya keçirmişdi. Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Ekoloji təmiz paketlər Bakı şəhərinin bəzi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylansa da, təəssüf ki, sonradan bu təcrübəni davam etdirən olmadı.

Ekoloqlar polietilen torbaların ətraf mühiti məhv etməsi ilə bağlı həyəcan təbili çalırlar. Ekoloq Telman Zeynalov hesab edir ki, çürüməyən bu polietilenlər torpağa qarışaraq onun münbit qatını korlayır, nəticədə, bitki örtüyünə böyük ziyan vurur. “Torbaların tərkibindəki polimer çox gec parçalanır, yananda isə əmələ gətirdiyi kanserogen maddələr torpaqda qalır, tüstüsü isə havaya qarışır. Polimer torbalar yanarkən ondan ayrılan kanserogen maddələr çox təhlükəlidir. Xüsusən də, əkin sahələrini şumlayanda problem törədir. İndi bu paketlərin xırdalanması üsulundan da istifadə edirlər. Amma o da zərərlidir. Çünki bu insanın və ya digər canlıların bədəninə düşərsə, ölümlə nəticələnir”.

Ekoloq deyir ki, sovet dövründə plastik paketlərdən, demək olar ki, istifadə olunmurdu. İstifadə edənlər isə onları binaların altında yerləşən qəbul məntəqələrinə təhvil verirdilər.

Plastik paketlər xərçəng xəstəliyinə səbəb olur

Plastik paketlərdən istifadə həm də sağlamlıq üçün zərərlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun virtualaz.org-a bildirdiyinə görə, bu paketlər hazırlanarkən tərkibinə vurulan kimyəvi birləşmələr insanlarda bir sıra ağır xəstəliklərə səbəb ola bilər. “Plastik paketlərin üzərində qida üçün yararlıdır yazılıbsa, ondan istifadə etmək olar. Amma qida üçün yararlı olmayan plastik paketlərdən istifadə çox zərərlidir. Bunların tərkibinə sağlamlıq üçün təhlükəli kimyəvi birləşmələr vurulur”, – deyə Z. Kazımov bildirir.

Plastik paketlərdə olan birləşmələr xərçəng xəstəliyi daxil olmaqla, sağlamlıq üçün bir çox problemlər yaradır. Mütəxəssislər plastikin tərkibində olan A bisfenolunun hormonal fona təsir etdiyini deyirlər. Həmin maddənin orqanizmdə çox miqdarda olması ağır xəstəliklərə yol aça bilir. Onun xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

“Torbalar havayı verilir deyə…”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu paketlərdən istifadə qadağan olunmayınca, problem həllini tapmayacaq. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, belə paketləri marketlərin pulsuz verməsi problemi bir qədər də kütləviləşdirir.

“Bizdə bütün marketlərdən nə qədər istəsən sellofan torba götürmək olar. İlk baxışdan elə görünür ki, bu yaxşı bir şeydir. Əslində MDB-nin bütün dövlətlərində plastik paketlər pulla satılır. Həm də belə qalın deyil, nazik, şəffaf torbalar olur. Bəzən o torbaların rəngləri də çıxır və bu da qida məhsulunu zəhərli edir. Mən tərəfdarıyam ki, mağazalarda torbalar pulla satılsın və bu cür qalın torbalardan istifadə olunmasın. Çünki ətraf mühit çox intensiv korlanır. Bu anormal haldır – ətraf mühit çirklənir və buna çarə qılınmalıdır”, – deyə E.Hüseynov bildirir.

“Keçmiş bazar torbalarına qayıtmaq lazımdır” – Ekspert təklif edir

Ekspert problemin həllini əhalinin keçmiş bazar torbalarına – kağız və parça torbalara, həsir zənbillərə qayıtmasında görür:

“Torbalar pulla verilməli, rəngsiz, nazik olmalı, üzərində reklam materialı olmamalıdır. Əhali keçmişdə istifadə olunan kağız bazar torbalarına qayıtsa daha yaxşı olar. Yaxud dünyanın heç bir yerində olmayan “talış zənbilləri”ndən istifadə olunsun. Həm də bunlarla ekoloji təmiz bazarlıq etmək olar. Mən artıq neçə ildir bazarlığı bu zənbillərlə edirəm. Nə qədər ki, bu torbalar qadağan olunmayıb, ona görə bioloji parçalanan torbalara keçmirlər. Bioloji parçalanan torbalar bazara çıxarılsa, müəyyən maarifçilik işləri aparılsa, istehlakçılar onlardan istifadə edərlər”, – deyə AİB sədri bildirir.

Dünya paketdən müdafiə sisteminə keçir

Xatırladaq ki, bir çox dünya ölkələri artıq plastik paketlərdən imtina edirlər. Bir neçə gün öncə Keniyada plastik paketlərin istifadəsini qadağan edən qanun qəbul olunub. Artıq bu ölkədə plastik paketlərdən istifadə edən şəxsləri ətraf mühitə vurduğu zərərə görə 19 min dollardan 38 min dollara qədər cərimə və ya 4 ilə qədər həbs gözləyir. Səbəb isə bu paketlərin torpağa qarışmaması, həll olmaması, xüsusən də, okeanda yerləşən adalarda quşların, kiçik canlıların məhvinə gətirib çıxarmasıdır.

Bir müddət əvvəl qonşu Türkiyənin sellofan paketlərlə vidalaşması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, 2018-ci il yanvarın 1-dən etibarən Türkiyədə alış-veriş zamanı sellofan paketlərdən istifadə qadağan ediləcək. Növbəti ildən başlayaraq müştəriləri yalnız tor və ağ torbadan istifadəyə yönləndirəcəklər.

2011-ci ildə İtaliyada polietilen paketlərdən istifadəyə qanunla qadağa qoyulub. Fransada 2016-cı ildən mağazalardan sellofan torbaların istifadəsini yığışdırıblar. Avropa İttifaqı 2014-cü il aprel ayında plastik paket istehsalını 2017-ci ildə 50, 2019-cu ildə 80 faiz azaldılması ilə bağlı qərar qəbul edilib.

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı