Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq.
Bu barədə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
O sözlərinə görə, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.
X.Mikayılov bildirib ki, qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.