UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

Cəmiyyət 11:08 13.10.2017
UNEC-də “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər” mövzusunda konfrans keçirilib.
 
Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.

Rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-in məqsədi dünya iqtisadiyyatında baş verən ən aktual məsələlərin tədqiqatında yaxından iştirak etməkdir. Bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edən rektor dünya təcrübəsində ilk dəfə olaraq Azərbaycan neftinin dünya bazarında qiymətinin proqnozlaşdırıldığını, UNEC Tədqiqat Fondunun xətti ilə Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, professor Ruslan Makarovla kriptovalyuta və e-pullar mövzusunun müzakirə edildiyini diqqətə çatdırıb.

Diqqətimizi cəlb edən mövzulardan biri də sosial biznesdir, deyən Ə.Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz, təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun “sən iş axtarma, iş yarat!” fikri bizə mükəmməl bir ideya verir”.

Sosial startapların önəmindən danışan rektor məzunların işəgötürəndən asılı olmaqdansa, onlara rəqabət yaratmasını istədiklərini bildirib. Ə.Muradov məzunların öz gələcəyini təmin etməsi və yaratdıqları biznesə tələbə yoldaşlarını cəlb etməsini onların işsizlik probleminin alternativsiz həlli yolu adlandırıb.

Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. Konfransın işinə uğurlar arzulayan Nobel mükafatçısı Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: “Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”. Hər bir insanın sərhədsiz yaradıcı imkanlarla yoğrulduğunu və bunun sosial biznes ideyasının başlanğıc fikri olduğunu diqqətə çatdıran M.Yunus sosial bizneslə dünyanı dəyişmək mümkün olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli sosial biznes konsepsiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən müvafiq işlərin aparıldığını və uğurlu nəticələr əldə olunduğunu bildirib. O, ölkə rəhbərinin tapşırığı ilə sosial biznes ideyasının ölkəmizin mövcud reallıqları əsasında tətbiqi istiqamətində işlərin aparıldığını və yaxın zamanlarda bununla bağlı ölkədə müsbət nəticələrin əldə olunacağını diqqətə çatdırıb.

BAMF-ın prezidenti Umud Mirzəyev Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. O, M.Yunusun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: “Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra cənab Prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib”. U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.

ABAD direktoru Rüfət Elçiyev ABAD modelinin unikal cəhətlərinə toxunub. O, ABAD-ın bir model olaraq sosial təsiri, insanların sosial biznesə təşviqi istiqamətindəki rolu barədə konfrans iştirakçılarına məlumat verib.

UNEC-in Beynəlxalq Doktorantura və Magistratura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov sosial biznes və dünya təcrübəsindən bəhs edərək, konfrans iştirakçılarına maraqlı faktlar açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sosial biznesin tətbiqində bazar araşdırmalarının əhəmiyyətinə toxunaraq, mikromaliyyənin effektinin artırılması istiqamətində işlərdən danışıb.

Ə.Muradov UNEC-də fəaliyyət göstərən Dijital Marketinq Mərkəzinin ixrac bazarlarının coğrafiyasını təhlil edərək, təklifləri təqdim edə biləcəyini bildirib. Yeni fəaliyyətə başlayan mərkəzin imkanlarından söz açan rektor, xarici bazarların internet vasitəsi ilə marketinqinin aparılmasında UNEC-in rəqabətdən kənarda olacağını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sosial biznesin inkişafında regionlarda icma əsaslı birliklərin formalaşdırılması və inkişaf etdirilməsi məsələsinə önəm verdiyini qeyd edib. O, bu icmaların maliyyə mənbələrinə çıxış əldə etmələrinin vacibliyini vurğulayıb.

Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər. Konfrans müzakirələrlə davam etdirilib.

Qeyd: Məhəmməd Yunusun sosial biznes ideyasının nailiyyətlərindən sonra, 1998-ci ildə artıq 58 ölkədə oxşar metodologiyalar istifadə olunmağa başlayıb. Məhəmməd Yunus konsepsiyasının əsası yoxsulluq olmayan dünya qurmaq idi. Bu konsepsiyanın mərkəzində milli iqtisadiyyatın inkişafında Ümum Daxili Məhsul məsələsi deyil, yoxsulların faydalanacağı nəzərdə tutulan təbii insan hüququ dayanır. Başqa sözlə desək konsepsiya iqtisadi inkişafı əhalinin aşağı təbəqəsinin adambaşına düşən gəlirləri ilə ölçməyi təklif edirdi. Beləliklə məhz İNSAN faktorunun real iqtisadi həyatdakı yerinin düzgün müəyyənləşdirilməsi sosial biznes konsepsiyanın uğur qazanmasında başlıca rol oynadı. Artıq onun təşəbbüsü ilə uzun illərdir ki, “Sosial Biznes Günü” və “Qlobal Sosial Biznes Sammiti” kimi böyük tədbirlər dünyanın tanınmış elm adamlarını, sahibkarları, dövlət xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini, gəncləri sosial biznesin uğurlu inkişaf üçün fikir mübadiləsi aparmaq, uğurlu təcrübələri öyrənmək ətrafında bir araya toplayır. Sosial biznes praktik olaraq Amerika, Fransa, Almaniya, Hollandiya, Çin, Malaziya və digər ölkələrin diqqət mərkəzindədir.

 


Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Hamısı