İtkin düşən məktəbli qızdan - XƏBƏR VAR | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


İtkin düşən məktəbli qızdan - XƏBƏR VAR

Cəmiyyət A- A A+
Fidan dünən gecə saat 11-də tapılıb.
 
Bu sözləri itkin düşən 12 yaşlı məktəbli Fidan Salayevanın atası Musa Salayev bildirib.
 
Onun sözlərinə görə, qızı servis avtobusuna minməyib deyə azıb: “ Səhv avtobusa minibmiş. Polisin də xəbəri vardı. Elə axşam zəng edib yerini dedilər. Yasamalda idi. Gedib gətirdik.”.
Qeyd edək ki, dünən 12 yaşlı məktəbli Fidan Salayevanın itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. O, Maştağada 22 saylı məktəbdən çıxıb və 166 saylı avtobusa minib. Hər gün məktəbə servis avtobusu ilə gedib-gəlirmiş.
 
Noyabrın 7-də dərsdən çıxanda sinif yoldaşına Həzi Aslanov qəsəbəsində işləyən anasının yanına gedəcəyini deyib.(teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...