“Bakı Bus”a məxsus 90 JH 110 dövlət qeydiyyat nişanlı 175 saylı marşrut avtobusunun sürücüsü qaydaları pozaraq, ödəniş etmədən avtobusa daxil olan sərnişinə mikrafonla xəbərdarlıq edib. Sərnişin isə bundan qəzəblənərək, ictimai yerdə sürücünü nalayiq sözlərlə təhqir edib və onun üzərinə gəlib.
Bakı Bus MMC-dən verilən məlumata görə, hadisə ötən gün axşam baş verib. Ətrafadakı sərnişinlərin müdaxiləsi ilə həmin sərnişin yenə ödəniş etmədən geri qayıdıb. Sürücü isə bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edib. Hadisə yerinə polis əməkdaşlarının da gəldiyini görən həmin sərnişin dərhal avtobusu tərk edib.