Bakıda nəhəng park-körpü tikilir. Bu dəfə tikilən körpünün üzərində avtomobil yolu deyil, park salınacaq. Bu qeyri-adi layihə Sovetski kimi tanınan ərazidə sökülmüş evlərin yerində icra edilir. Bundan başqa ərazidə yeraltı dayanacaq da inşa edilir.
Körpünün üzərində park salınacaq. Bu qeyri-adi layihə Bakıda icra edilir.
Sovetski kimi tanınan ərazidə sökülmüş evlərində yerində həyata keçirilən bu layihənin əsas məqsədi insanların rahat istirahəti üçün şərait yaratmaq və ərazidə müasir infrastruktur qurmaqdır.
Tikililəcək körpünün uzunluğu 112, eni isə 52 metr olacaq. Ərazidə yaşıllıqların salınması üçün süni təpələr düzəldilir və yaşıllıqlar belə təpələrdə salınacaq. Eyni zamanda ərazidə sıxlıgın azaldılması üçün də inşaat işləri aparılır.
Layihəyə əsasən ərazidə inşa edilən dayanacaqların üzərində də yaşılıqlar olacaq və bununla da park məscidin qarşısına qədər davam edəcək. İşlərin nə zaman yekunlaşacaqı ilə bağlı isə hələlik məlumat verilmir. (xezerxeber.az)