BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri ADA Universitetində çıxış edib FOTOLAR

Cəmiyyət 22:48 05.04.2018

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ADA Universitetində "Çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti" mövzusunda çıxış edib.

Eurasia Diary-nin verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, diplomatik missiyaların nümayəndəlikləri və BMT-nin müxtəlif qurumları, vətəndaş cəmiyyəti, eləcə də, aralarında Birləşmiş Millətlər Təşkilatı İqtisadi və Sosial Şurasının (ECOSOC) Əsas məşvərətçi statuslu üzvü olan Azərbaycanda yeganə təşkilat, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da olmaqla bir sıra QHT-lərin nümayəndələri iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev moderator kimi çıxış edibi. Tədbirdə həmçinin, Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai də iştirak ediblər.

Məruzə ilə çıxış edən Miroslav Layçak ölkələr arasında çoxtərəflilik və əməkdaşlıq ideyasının inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, bütün ölkələrin eyni imkanlara malik olduğu müasir beynəlxalq münasibətlərdə çoxtərəfli bir sistem olan BMT-nin və xüsusilə də, Baş Assambleyanın unikallığını vurğulayıb. Miroslav Layçak BMT Baş Assambleyasının fəaliyyətinin münaqişələrin qarşısının alınması; miqrasiya; BMT-nin davamlı inkişaf məqsədləri və iqlim dəyişikliyi üzrə işin həyata keçirilməsinin sürətləndirilməsi; insan hüquqlarının qorunması; dünyada baş verən dəyişikliklərə uyğun olaraq islahatların həyata keçirilməsi olmaqla beş prioritet sahəsi barədə danışıb. Miroslav Layçak dialoq, anlayış və birgə fəaliyyətin inkişafına daha çox diqqət yetirilməsi lazım olduğunu bildirib.

Çıxışının ardından Miroslav Layçak iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Onların içində ən əhəmiyyətlisi 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq BMT-nin fəaliyyəti barədə verilən sual olub. Qətnamələrdə deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələb irəli sürülür. Buna baxmayaraq, Ermənistan bu şərtləri hələ də yerinə yetirməyib.

Miroslav Layçak təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin heç də hamısı icra olunmur.

"Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyi hallarda tolerant olmalıyıq. Biz qətnamələrə məhəl qoyulmaması hallarının getdikcə daha da azaldıması üçün işləməliyik", deyə Layçak qeyd edib.

"Mən bilirəm ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Azərbaycan üçün çox ağrılıdır. Əsas məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür, ancaq, hələ də bir nəticə görmürük. Buna görə də, ATƏT-in Minsk qrupunun daha səmərəli biriylə əvəz olunması və ya əksinə, qrupu daha səmərəli işə cəlb etməmiz lazım olduğunu müəyyən etmək vacibdir", o deyib. Miroslav Layçak həmçinin, tərəflər istədiyi təqdirdə BMT-nin həll prosesinə daxil olmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci iclasının sədri Miroslav Layçak 5 və 6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir.

1

 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
Hamısı