Qəbələnin Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.
Bu barədə xəbə verilir ki, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Hadisə yerinə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.
20 mindən çox əhali yaşadığı bu kəndlərin sakinləri müvəqqəti olaraq çayı keçmək üçün yük avtomobilindən istifadə edirlər.