Bu gün Merkuri planeti Yer kürəsi ilə Günəşin arasından keçəcək. Bu hadisə nadir təbiət hadisələrindən sayılır.
Mütəxəssislər bildirirlər ki, Merkuri planeti 100 il ərzində 13-14 dəfə Yerlə Günəş arasından keçir. Merkuri planeti Günəş tutulması əsnasında Günəş üzərində qara bir ləkə kimi görünəcək. Merkurini tam şəkildə görmək üçün bir teleskop və xüsusi hazırlanmış durbin lazımdır.
Tutulma vaxtı Günəşə adi gözlə baxdıqda isə ciddi göz porblemləri yaşana bilər.
Sabah Merkuri Yerdən 83,6 milyon kilometr uzaqlıqda olacaq.
Maraqlı təbiət hadisəsini canlı izləmək üçün videonu klikləyin.