8 iyun tarixində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev mərkəzində 233 nömrəli orta məktəbin 11 "D" sinfinin məzun gününə həsr olunmuş "ƏIvida məktəb" adlı təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə dəvət olunmuş qonaqlar, millət vəkili, Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini, məktəbin direktoru və müəllim heyəti, həmçinin əvvəlki illərin məzunları iştirak ediblər.
Tədbir məktəbi bitirən şagirdlərin məzun olmaları münasibətilə təbrik edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başladı.
Cəmil Niftəliyev adına 233 nömrəli məktəbin direktoru Gülər Bəbirova məzunları orta məktəbi bitirmələri və yetkinlik yaşına qədəm qoymaları münasibətilə təbrik edib.
(1).jpeg)
"Bu il, 11-ci siniflərdən 88 şagird məzun oldu, onlardan 75-i artıq ali məktəblərə daxil olub, tələbə statusu alıb. Məktəbimiz 1963-cü ildə yaradılıb və uzun müddətdir ki, özünü ən yaxşı təhsil müəssisələrindən biri kimi təsdiq etmişdir. Məktəb Qaradağ rayonu üzrə təhsil səviyyəsi baxımından 7-ci yerdədir. Bu gün istedadlı şagirdlərimizi bir daha yetkin həyata buraxmaq bizi xoşbəxt edir".
Milli Məclisin deputatı, Azərbaycan Rus Cəmiyyətinin sədri Mixail Zabelin çıxış edərək məzunlara uğurlar və sonrakı həyatlarında böyük nəaliyyətlər arzulayıb. O, həmçinin Rusiyanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil alan və maddi durumu çətin olan tələbələrə dəstək olan "Moskva Bələdiyyə Başçısı təqaüdü" proqramı kimi bir sıra təhsil proqramları və təqaüdlər haqqında da danışıb.
"Məktəb illəri insan həyatında ən gözəl dövrdür və onunla bağlı xatirələr həmişəlik qalır. Hər zaman sizin yanınızda olan müəllimlərinizi, dostlarınızı və valideynlərinizi əsla unutmayın. Ölkəmiz sizə güvənir və sizin enerji və istedadınıza ehtiyac duyur".

Məzun günü şagirdlərin çıxışları, musiqili tamaşalar və rəqslərlə, eləcə də Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və "üçrəngli" bayraq rəqsinin ifası ilə müşayiət olundu.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından çıxış edib. O, məzunlara uğurlar arzulayıb və onları məktəbi bitirmələri münasibətilə təbrik edib.
"Bu, sizin həyatınızda uğurla keçdiyiniz bir mərhələdir və indi sizi irəlidə yeni, daha maraqlı bir dövr gözləyir. Siz güclü bir xarakterə, çalışqanlığa malik, böyük müvəffəqiyyət əldə etmək istəyi olan fərdlər kimi yetkin həyata qatılırsınız. Qarşıya qoyduğunuz məqsədlərdən qorxmayın və cəsarətlə hədəflərinizə doğru gedin, hətta bu məqsəd ilk baxışdan mümkünsüz görünsə belə".
.jpeg)
233 nömrəli məktəbin məzunu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi, Avrasiya regionu üzrə politoloq Anastasiya Lavrina 233 nömrəli məktəbin məzunlarını təbrik edib və məktəbi bitirdikdən sonra əldə etdiyi uğurlardan danışıb.
"Heç vaxt düşünməyin ki, məktəbi şəhərdə deyil, qəsəbədə bitirmiş olsanız uğur qazana bilməzsiniz. Hər şey sizdən və göstərdiyiniz səylərdən asılıdır. Yaxşı təhsil alın, ölkəmizdə gənclər üçün həyata keçirilən çox sayda müxtəlif proqramlar və layihələrdə fəal iştirak edin. Dövlətimizin gənclər üçün böyük imkanlar açdığını nəzərə alsaq, uğurlu bir karyera qurmaq şansınız var".
.jpeg)
"11D" sinfinin sinif rəhbəri Natalya Paramonova vida çıxışı edib. O, hər bir şagird barədə ayrı-ayrılıqda xoş sözlər deyərək, ən yaddaqalan anları xatırladıb.
"Məzunlarıma yetkin həyatda xoşbəxtlik və bu yolda çoxlu xeyirxah insanlarla qarşılaşmağı arzulayıram! Məktəbinizi və müəllimlərinizi heç vaxt unutmayın".

Bu an tədbirdə ən duyğulu an olub, hətta şagirdlər və valideynlər də göz yaşlarını saxlaya bilməyiblər. Bütün müəllimlərin və xüsusilə sinif rəhbərlərinin ünvanına minnətdarlıq dolu sözlər ifadə olunub.


Qeyd etmək lazımdır ki, Natalya Paramonova həm tarix müəllimi, həm də bir sıra iri tədbirlərin təşkilatçısı, ictimai xadim və sinif müəllimi kimi böyük təcrübəyə malikdir. Bu onun sinif rəhbəri kimi çıxış etdiyi üçüncü məzun günüdür.

Tədbir 11-ci "D" sinifinin məzunlarının Ştrausun Vyana Valsınının sədaları altında rəqsi ilə başa çatdı.