Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar

Cəmiyyət A- A A+

Bakıda ana ilə qızı eyni vaxtda intihar edib.

Eurasia Diary-nin “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, hadisə bu gün günorta saat 13 radələrində Bünyadzadə küçəsi 11 ünvanında baş verib. 

Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları 12 mərtəbəli binanın 10-cu mərtəbəsindən atıblar. Hər ikisi hadisə yerindəcə vəfat edib. 

İlkin məlumata görə, onların özünü öldürməsinin səbəbi ailə münaqişəsidir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...