Aİİ-də “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans təşkil olunub

Cəmiyyət 19:28 14.06.2019
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans keçirilib.
Öncə konfrans iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunun kitabxanasında Aİİ və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkil etdikləri ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən və müxtəlif tarixi mövzularda kitablardan ibarət sərgi ilə tanış olublar. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 300 adda 2 000 kitabı İnstitunun kitabxanasına hədiyyə edib.
Konfransda Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, DQİDK sədri Mübariz Qurbanlı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Aİİ rektoru Ceyhun Məmmədov və digər məsul şəxslər iştirak ediblər. 
Aİİ rektoru Ceyhun Məmmədov çıxış nitqi ilə elmi konfrans iştirakçılarını salamlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında tarixi xidmətlərindən bəhs edib. 
Rektor C.Məmmədov Ümummilli Lider, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğulayıb. 
Aİİ rəhbəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rektor bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü AZƏRBAYCANÇILIQ ideologiyası həyat tərzimizdə, əxlaqımızda, mənəviyyatımızda, dilimizdə, dinimizdə, ədəbiyyatımızda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır. 
Rektor qeyd edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin xidmətləri də misilsizdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 İyun - Qurtuluş Gününü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə, Azərbaycan tarixində müstəsna yer tutan günlərdən biri kimi xarakterizə edib. Mübariz Qurbanlı bildirib: “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”.
 M. Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki,  bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Hazırda Prezident cənab İlham Əliyev təməli Ümummilli Lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir.
DQİDK-nın sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir İnstitutun yaradılmasına ehtiyac oduğunu bildirən M.Qurbanlı ali təhsil müəssisəsinin  yüksəkixtisaslı kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacağını qeyd edib. 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin əvəzsiz rolundan bəhs edib. Bu gün Azərbaycanın inkişaf yolu ümummilli lider Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır. 
Akad. Y.Mahmudov Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra, müstəqil Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafa nail olduğunu nəzərə çatdırıb.
Akademik İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.
 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı