Azərbaycan təhsilində hələ belə bir göstərici qeydə alınmamışdı - Təhsil naziri açıqladı | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Azərbaycan təhsilində hələ belə bir göstərici qeydə alınmamışdı - Təhsil naziri açıqladı

Cəmiyyət A- A A+

“500 baldan 695 bala qədər 2090 nəfər ixtisas seçimində birinci müəllimliyi qeyd edib”

Eurasia Diary xəbər verir ki, bunu nazir İctimai Televiziyanın “Pressinq” layihəsində jurnalistlərin suallarına cavab verən zaman söyləyib.

Nazir sualları cavablayarkən qeyd edib ki, 2018-ci ilin qəbul nəticəsinə uyğun olaraq, 500 baldan 695 bala qədər 2090 nəfər  ixtisas seçimində birinci müəllimliyi qeyd edib. Azərbaycanın müstəqillik əldə etdikdən sonra belə bir göstərici qeydə alınmayıb.

“Mərkəzləşmiş işə qəbul imtahanında son 3 ildə 300 faizdən çox artım olub. 51 min nəfər elektron qeydiyyatdan keçərək Müəllimlərin işə qəbul imtahanında iştirak edib. Bu addımlar öz müsbət nəticəsini verib. Qeyd edə bilərik ki, ölkənin ən savadlı məktəb məzunları müəllimlik peşəsinə üstünlük verir.

Müsbət müəllim obrazının formalaşması bir sıra amillərdən aslıdı. Burada dövlətin və cəmiyyətin üzərinə düşən funksiyalar var”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...