Jurnalist binalarındakı mənzillərə çıxarış niyə verilmir?

Cəmiyyət 17:49 17.07.2019

Artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib

“Jurnalistlərin binası” kimi tanınan yaşayış kompleksinin ikinci binasının sakinləri narahatlıq içindədirlər. Eurasia Diary xəbər verir ki, AYNA-ya müraciət edən jurnalist sakinlərin sözlərinə görə, artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib.

“Bizə hər dəfə müxtəlif tarixlər verirlər ki, filan vaxtadək problem həll olunacaq. Ən son bildirildi ki, bu il 22 iyul Milli Mətbuat Günündə çıxarışlar təqdim olunacaq. Lakin bu dəfə də heç bir xəbər-ətər yoxdur. Artıq məcburuq ki, problemin həllinə göstəriş verməsi üçün ölkə Prezidentinə müraciət edək”, - deyə jurnalistlər bildiriblər.

Məsələni aydınlaşdırmaq üçün AYNA-nın əməkdaşı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. O bildirib ki, jurnalistlər üçün tikilən və istifadəyə verilən ikinci binadakı mənzillərə də çıxarışlar verilməsi üçün işlər görülür.

“Sənədləşdirmə başa çatandan sonra onların qeydiyyat məsələləri həll olunacaq. Daha sonra çıxarış məsələsinə baxılacaq. Çıxarışlar verilən zaman hamıya öncədən xəbər ediləcək. İndiki mərhələdə çıxarışların verilməsi gözlənilmir”, - deyə V.Səfərli vurğulayıb.

Problemlə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu da AYNA-ya açıqlama verib. O deyib ki, paytaxtın Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binası ilə bağlı sifarişçi tərəfindən Nazirlər Kabinetinin 309 nömrəli qərarına əsasən istismara icazə üçün tələb olunan tikinti sənədləri Komitəyə təqdim edilib: “Hazırda bununla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində istismara icazə verilməsi üçün təqdim olunan sənədlərə baxılır”.

Məsələni AYNA-ya şərh edən daşınmaz əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, Prezident İlham Əliyevin 2019-cu il 19 fevral tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında fərmanına görə çoxmənzilli binaların istismarına icazələr sadələşdiriləcək: “Həmin fərman çərçivəsində jurnalistlərin də binası daxil olmaqla, paytaxtda sənədsiz bina qalmayacaq. Yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sənədlər gedəcək və bu ilin sonuna kimi proses yekunlaşacaq”.

“Qeyd edim ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə binanın sənədləri Fövqəladə Hallar Nazirliyindən gedir. Nazirlik binanın istismara yararlı olması haqqında sənədləri göndərdiyi vaxtdan sonra bir həftə müddətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanı istismara qəbul edir. Sənədlər tam hazır olandan sonra Əmlak Məsələləri Dövlət Komitəsi, təxminən bir ay müddətinə həmin binada olan mənzillərə çıxarış verir”, - deyə Osmanlı bildirib.

O, çıxarış verilməsinin çətin proses olmadığını qeyd edib: “Vətəndaşın müraciətindən sonra 1, 3, 7, 10 gün müddətinə çıxarışlar verilir. Yəni maksimal müddət 10 gündür. Çıxarış üçün 30 manat dövlət rüsumu, 20 manat da xidmət haqqı ödənilir. Çıxarışın alınmasını tezləşdirmək istəsəniz, xidmət haqqına əlavələr edilir və çıxarış daha tez verilir. İstənilən halda bu ilin sonuna kimi jurnalistlərin ikinci binasındakı mənzillərə də çıxarışlar veriləcək”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı