"Mənim yerimdə başqası olsaydı, çoxdan özünü öldürərdi".
Eurasia Diary xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının təqdimatında "Qaynar Qazan" "youtube" verlişində səsləndirib.
Mirşahin övladlarının olduğunu və onun üçün hər gün müxtəlif sosial şəbəkələrdən təhqir və tənqidlərə məruz qalmağın çox da asan olmadığını bildirib.
"Bilirsiniz, çox çətindir bu gün Mirşahin olmaq. Mənim də evimdə övladlarım böyüyür. Mirşahin olmaq asan deyil, başqası olsa idi bəlkə də çoxdan özünü öldürərdi. Siz bilirsiniz, gündə mən nə qədər təhqirlə üzləşirəm?!"
Proqramda həmçinin Mirşahin mərhum prezident Heydər Əliyevin qardaşı akademik Cəlal Əliyevin də onu təhqir etməsinə münasibət bildirib:
"Nə vaxtsa akademik Cəlal Əliyev parlamentdə məni təhqir edib, partiyası iqtidarda olan bir deputat kimi, yalnız bircə dəfə. Lakin Azərbaycan müxalifəti bu söyüşdən istifadə edib hər dəfə məni təhqir edir. Gələn il mənim söyülməyimin 15 ili tamam olacaq. 15 il keçib artıq".