“Peşə təhsil müəssisələrinin özü də sənəd qəbulu həyata keçirə bilər”
Bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini Ceyran Məmmədli AzEdu.az-a açıqlaması zamanı məlumat verib:
“Peşə təhsil müəssisələrinin özü də sənəd qəbulu həyata keçirə bilər. Bunun üçün müəyyən şərtlər var. Belə ki bu səlahiyyət yalnız, yaxınlığında “Asan xidmət” filialı olmayan təhsil müəssisələrinə aiddir”.
Son olaraq, qeyd edək ki, ali məktəb bitirən şəxslər də peşə təhsili ala bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və diplomla “Asan xidmət” filiallarına və peşə təhsil müəssisələrinə müraciət etmək lazımdır. Xatırladaq ki, ali təhsilli şəxslər peşə təhsil müəssisələrinə qəbul prosesi müsabiqədən kənar həyata keçirilir.