Müəllim olmaq istəyənlər imtahan verir | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Müəllim olmaq istəyənlər imtahan verir

Cəmiyyət A- A A+
İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3216 namizədin iştirakı gözlənilir.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.
 
Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib. Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək.
 
Bu günədək keçirilən imtahanlarda ən yüksək nəticə riyaziyyat fənni üzrə 59 bal olub.(modern)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...