Rusiyada dəhşətli hadisə - dörd azərbaycanlı diri-diri yandı - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Rusiyada dəhşətli hadisə - dörd azərbaycanlı diri-diri yandı - VİDEO

Cəmiyyət A- A A+

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb. Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlardan biri istixananın sabiq rəhbəridir.

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.

Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...