"Öyrənsəydilər bu gün Şah İsmayıla dil uzada bilməzdilər..." Tarixçidən deputata cavab

Cəmiyyət 11:53 04.08.2019

“1998-ci ildə Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasında Əbülfəz Elçibəyin möhtəşəm bir çıxışı oldu. Həmin çıxışında Böyük bəy Şah Xətai-Sultan Səlim mövzusuna geniş toxundu. Təəssüf edirəm ki, Böyük bəyin silahdaşlarının əksəriyyəti ondan heç nə öyrənə bilmədilər. Öyrənsəydilər bu gün Şah Xətaiyə dil uzada bilməzdilər...”

Eurasia Diary “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu tarixçi alim Dilavər Əzimli deyib. O, bildirib ki, Elçibəy SSRİ-yə qarşı mübarizəyə başladığı ilk günlədən sufiyana bir təşkilat qurmaq istəyirdi. Bu təşkilat eşqə, sevgiyə söykənən bir təşkilat olmalıydı. 

“O zaman Şah Xətaini hakimiyyətə gətirən sufi dərvişlər belə bir təşkilatda birləşmişdilər. Bu təşkilatın adı “Əhl-i İxtisas” idi. İlk olaraq yeddi nəfər idilər. Hər birinin də öz vəzifəsi vardı. Məhz, onların hesabına sufi dəyərlərinə söykənən sekulyar Azərbaycan Səfəvilər dövləti quruldu. 

Şah Xətai də bu yeddi sufi dərvişlər tərəfindən yetişdirildi. Biri ona qılınc, qalxan, at minmək öyrətdi. Başqası şair kimi yetişdirdi. Başqası hökmdar məziyyətlərini öyrətdi. Başqası din və tarix elmlərini öyrətdi. O biri də xarici dilləri öyrətdi. Bu dillər yunan, ərəb, fars, firəng dillərindən də biri idi. Ümumilidə beş dil öyrətmişdilər. 

Başqa birisi də sufi kimi yetişdirdi. Hökmdar belə yetişirdi. Təəssüf ki, ondan sonra bu sistem işləmədi. Çünki sufilik demək olar ki, sıradan çıxarılmışdı. 

Şah Xətai vəfalı müridlərinin hesabına qüdrətli imperiya qurdu və özündən sonrakılara ərməğan etdi. 

Ondan sonra qurulan Nadir şah imperiyasında bu sədaqət olmadı. Əgər Xətainin qurduğu imperiyada bütün türk tayfa nümayəndələri təmsil olunurdusa, Nadir şah Əfşar imperiyasında isə təkcə Əfşarlar təmsil olunurdular. Bu da tarazlığı pozurdu. Nəticədə Nadir şah Əfşarı da ətrafı qətlə yetirdi. Onun qətlə yetirilməsi üçün sarayın 70 əmiri sənədi imzalamışdı. 

Ağa Məhəmməd şah Qacar da bu aqibətlə öldürüldü. Düzdü, onların qətlində xarici amil olduğunu da yazırlar. Amma mənbələrdə bu haqda məlumatlar yoxdur. Məlumat odur ki, ətrafları bu cəsur sərkərdələri satdılar. 

Xətaidə isə belə deyildi. Ətrafı ona müqəddəs ruh kimi, təcəlla edən varlıq kimi baxırdılar. Buna görə də qısa müddətdə Azərbaycan ən qədim coğrafiyasında bütövləşdi. Bu məsələyə elə-belə toxunmadım. 

Məsələ ondadır ki, Böyük ideyanı yalnız vəfalı, sədaqətli insanların hesabına həyata keçirə bilərsən. Təəssüf ki, Əbülfəz Elçibəyə də bu qismət olmadı. Mübarizəsinin ilk illərində ətrafına vəfalı, sədaqətli insanlar toplayan Böyük bəy hakimiyyət illərində və sonrakı dövrdə tənha idi. Bəlkə də faciəsinin başlıca səbəbi də bu idi. Onu başa düşən və dərk edən vəfali müridləri az idi, çox az. 

Misal üçün onun bütün görüşlərində iştirak edən Fazil Mustafa çox təəssüf ki, onun çıxışlarını dərk etməyib. Bunun müqabilində isə Xətaiyə nifrəti olan tarixçilərin yazdıqlarını əzbərləyib üstümüzə hücum çəkir. Unutmayaq ki, Elçibəy Azərbaycan tarixinin mahir bilicisi idi. Bu sözlər də məşhur tarixçi Ziya Bünyadovun onun haqqında dediklərindən götürülübdür. Yəqin ki, Fazil Mustafa buna etiraz edə bilməz. Bir də bu adam tarixçi deyil. Bəlkə də bu sözləri qəbul etməyə təfəkkürü yetməz.

Böyük bəy həmin çıxışında belə söyləmişdir: “Bizim tariximiz şərəfli bir tarixdir. Şah İsmayılın Sultan Səlimlə müharibəsi sünni-şiəlik üstündə deyildi. Beləydisə nə cür oldu ki, Şah İsmayıl və onun dövləti Hindistandakı sünni Moğol dövlətiylə qardaşlıq edirdi, amma Osmanlı dövlətiylə dava aparırdı? Bu, siyasətdir və məzhəbdən siyasət kimi istifadə edilib. 

Deyirlər ki, Çaldıran müharibəsi türkün dağılmasıdır. Elə deyil. Ankara ətrafındakı böyük döyüşdə Əmir Teymurun İldırım Bəyazidi yenməsi türkün türkə qəsdi deyil, dünya tarixinin gedişidir. Bu səndən və məndən asılı deyil. Bax, bu gün Ukraynanın Rusiyadan azad olmasına və müstəqillik qazanmasına çox millətlər baxıb deyir ki, mümkün deyil – hər ikisi slavyan xalqıdır; dünənə qədər ona lazımdı və panslavyanizmlə birləşib özünü meydana qoymuşdu, indisə deyir ki, müstəqil yaşayacağam. Deməli, dövlət problemi başqa şeydir, milli məsələ tamam başqa şey... 

Bu iki məzhəbin düşmən olduğunu desək, “hər şey səhv olub, İslamın belini bu sındırıb” söyləsək sonrası nə olacaq? Vəhabilər o tərəfdən çıxıb bəyan edəcəklər ki, elə biz deyəndir-sünni-şiə məsələsinin ərəbə dəxli yoxdur, onu müsəlmanların içinə farslarla türklər gətiriblər, ona görə də bunları rədd etmək, ilkin İslama qayıtmaq lazımdır. 

Bununla biz onda onlara bəraət qazandırırıq, halbuki onlar dindən ideoloji məqsədlə istifadə edirlər. Şah İsmayıl Xətayiylə Sultan Səlim bir-birinə qarşı mübarizə aparsalar da, bir-birini qılıncdan keçirsələr də hər ikisi türk tarixinin nəhəng, müqəddəs adamlarıdır. Gəlin onların siyasətinı din müstəvisindən yanaşmayaq”. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı